Soçi şəhərinin ətrafında Lazarevsky rayonunun sakinləri bu ərazidə qanunsuz zibil poliqonu kimi istifadə olunmasına qarşı kampaniya aparırlar. Bu poliqon rəsmən 2012-ci ilin iyununda bağlansa da yerli sakinlər xüsusilə gecə saatlarında ora yenə də zibil daşındığını deyirlər. Halbuki bir yandan da 2014-cü ilin Qış Olimpiadasına görə Soçidə görünməmiş miqyasda yenidənqurma işləri aparılır. Zibillik ərazidən keçən çayın yaxınlığında yerləşir. Ona görə çayda suyun rəngi də tünd qəhvəyi rəngə boyanır. Əməkdaşımız Abbas Atilay Lazarevsky zibilliyinin yaratdığı mənzərəni öz fotolarında əks etdirir.
Soçidə "danışan zibillik"
![Zibillikdən buxar qalxır. Yerli sakinlər narahatdırlar ki, bu buxar zəhərli ola bilər.](https://gdb.rferl.org/90717339-2AFC-40D8-975D-3ED201F6DDDD_w1024_q10_s.jpg)
9
Zibillikdən buxar qalxır. Yerli sakinlər narahatdırlar ki, bu buxar zəhərli ola bilər.
![Rita Kravchenko Üç-Dərə kəndi yaxınlığındakı meşədə müxbirlərə bələdçilik edir.](https://gdb.rferl.org/585A4C5D-FC05-436C-9718-5D833C9CE1BB_w1024_q10_s.jpg)
10
Rita Kravchenko Üç-Dərə kəndi yaxınlığındakı meşədə müxbirlərə bələdçilik edir.
![Kravchenko çaya axan suyun zibillikdən keçməzdən əvvəl nə qədər təmiz olduğunu nümayiş etdirir.](https://gdb.rferl.org/E9CCC640-83E0-493A-9DEC-22CF172D724A_w1024_q10_s.jpg)
11
Kravchenko çaya axan suyun zibillikdən keçməzdən əvvəl nə qədər təmiz olduğunu nümayiş etdirir.
![Üç-Dərə kəndi yaxınlığında bu göl gözəl mənzərə yaradır. Kəndlərin çoxunda çoxlu meyvə bağları var. ](https://gdb.rferl.org/A139DFE3-80FA-45AD-B81F-3D5E11A7F865_w1024_q10_s.jpg)
12
Üç-Dərə kəndi yaxınlığında bu göl gözəl mənzərə yaradır. Kəndlərin çoxunda çoxlu meyvə bağları var.