1969-cu il yanvarın 16-da Praqada 20 yaşlı tələbə Jan Palach özünə od vurub yandırdı. Bu onun bir neçə ay əvvəl - 1968-ci ilin avqustunda Varşava Paktı qoşunlarının Çexoslovakiyaya hücumuna qarşı etiraz aksiyası idi. Sovet hakimiyyəti Praqa Baharı adıyla Çexoslovakiyada liberal islahatları ordu ilə boğdu. Jan Palach da xəstəxanaya qaldırılsa da 3 gün sonra keçindi. Palach-in dəfn mərasimi o zaman müxalifətin böyük etiraz aksiyasına səbəb olmuşdu. Sonrakı bir neçə ayda Jan Palach kimi daha iki nəfər - Jan Zajic və Evzen Plocek də etiraz əlaməti olaraq özlərini yandırdılar. 1989-cu ildə Jan Palach-in özünü yandırmasının 20-ci ildönümü günü Praqada keçirilən anım mərasimi kommunist rejiminə qarşı kütləvi etiraz aksiyasına çevrildi. Bu aksiya həmin ilin sonunda Çexoslovakiyada kommunist rejiminin çökməsi ilə nəticələnən Məxməri İnqilaba səbəb olbu.
Çex tələbə özünü yandırmasının 45-ci ildönümündə anılır

1
1969-cu il 22 yanvar. Praqanın mərkəzində Vaslav Meydanına axışan adamlar bir neçə gün özünü yandıran Jan Palach-in xatirəsinə hörmət əlaməti olaraq Meydana güllər düzürlər.

2
Palach-in nə zaman çəkildiyi məlum olmayan fotosu. O, Praqada Karl Universitetində tarix fakültəsində oxuyurdu.

3
1969-cu il, yanvar. Jan Palach-in tələbə yoldaşı universitetin yataqxanasında.

4
Palach-in ölümü kütləvi etirazlara səbəb oldu. Yanvarın 19-da onun kommunist rejimi əleyhinə aksiyasına dəstək olaraq adamlar Vaslav Meydanında aclıq aksiyasına başlayırlar.