Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:11

Elnarə Tofiqqızının əri həkimdən nazirə şikayət etdi


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Cərrahiyyə əməliyyatı zamanı ölən tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.

Azadlıq Radiosunun "Oxu zalı" xəbər verir ki, o, əməliyyatı icra edən həkimlərdən biri - Firuz İbrahimovdan şikayətçidir.

A.Niftəliyevin bildiridiyinə görə, Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində verilən rəydə ölümün səbəbi kimi “nəfəs çatışmazlığı” göstərilib və bu, həkimlərin pasienti əməliyyata hazırlayarkən səhlənkarlığa yol verdiyini göstərir.

Firuz İbrahimov isə APA informasiya agentliyinə açıqlamasında ekspertlərin verdiyi rəyləri şübhə altına alır və əməliyyatın doğru keçdiyini bildirir. Onun sözlərinə görə, ölümün səbəbi ürəklə bağlı olub, daha dəqiqi E.Tofiqqızının çəkisi çox olduğu üçün komadan ayıla bilməyib.

A.Niftəliyev nazirə müraciətində nazirliyin öz verdiyi rəyə uyğun olaraq həkimlərə qarşı ölçü götürməsini istəyir.

Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat edib.
XS
SM
MD
LG