Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:55

Azərbaycanda rəyi soruşulanların 17 %-i ərzaq üçün hər ay borc aldığını deyir


Arxiv foto
Arxiv foto
-

The Caucasus Research Resource Centers Cənubi Qafqazdakı 3 keçmiş sovet Respublikasında – Azərbaycan, Gürcüstan və Ermənistanda sosioloji sorğular aparıb. Hər üç ölkədə əhalinin həyat səviyyəsi haqqında suallar əks olunan sorğunu ABŞ-da sosial media üzrə mütəxəssis Katy Pearce öz bloqunda paylaşıb.

2012-ci ildə aparılan sorğuda suallardan biri “Yemək almaq üçün nə qədər tez-tez borc istəməyə məcbur olusuz?” olub.

Bu suala “Heç vaxt” cavabını ən çox Ermənistanda veriblər. Bu ölkədə rəyi soruşulanların 47,3%-i yemək üçün heç vaxt borc almalı olmadığını deyib.

Bu suala Azərbaycanda sorğuya qatılanların 40.1 faizi, Gürcüstanda isə daha azı – 36,5% “heç vaxt” cavabını verib.

Başqa sözlə, bu sorğunun nəticəsinə əsasən Azərbaycanda yemək üçün borc pula əl açanların sayı Ermənistandan daha çoxdur.

Həmin suala “Hər ay”, yaxud “iki ayda bir” cavabını verənlər də demək olar Azərbaycanla Ermənistan eyni olub.

Amma Gürcüstanda sorğuya qatılanlar ərzaq üçün borc almağa Azərbaycan və Gürcüstandakından daha az məcbur olduqlarını deyiblər:

Təxminən eyni vəziyyət həm də nğvbəti sualda – “Kommunal xidmətləri ödəmək üçün nə qədər tez-tez borc almalı olursuz?” sualına cavabda yaranıb.

Ermənistanda bu suala “Heç vaxt” cavabını verənlər (62,9%) həm Azərbaycanan (52,2%), həm də Gürcüstandan (47,6%) çox olub:

Bu sorğuda istifadə edilmiş həmin iki sualın cavabından çıxan nəticəyə görə Ermənistanda əhali öz gəzaranından daha çox razıdır.

The Caucasus Research Resource Centers hər apardığı sorğuya hər üç ölkədə rüşvətxorluğun vəziyyətinə dair suallar da salıb.

Azərbaycanda rəyi soruşulanlardan hər 5 nəfərdən biri (20,1%) son 12 ayda rüşvət verdiyini etiraf edib. Son 1 ildə rüşvət verdiyini deyənlərin sayı ən az Gürcüstanda – 1.5%, ondan bir qədər artığı isə Ermənistanda (6,4%-i) olub:
Sorğu barədə fikirlərini aşağıdakı foruma yaza bilərsən.
XS
SM
MD
LG