Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:02

“Daş yuxular” Yerevanda ən çox satılan kitab oldu və...


"Daş yuxular" erməni dilində
"Daş yuxular" erməni dilində
-

Azərbaycan yazıçısı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanı noyabr ayının son həftəsində Yerevanda ən çox satılan kitab olub.

Reytinq cədvəlini “Armenpress” agentliyi tərtib edir.

Ermənistanda “azərbaycanlıların ermənilərə qarşı vəhşiliklərindən bəhs edən” roman kimi təqdim edilən, Azərbaycanda isə çoxluğun “tarixi saxtakarlığa əsaslanan, öz xalqını alçaldan” əsər saydığı “Daş yuxular” reytinq cədvəlində birinciliyə yüksələndən sonra növbəti həftə onluqdan çıxıb.

“Armenpress”in son reytinqində ən çox satılan 10 kitab bunlardır:

1. Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyanın memuarları: “Müstəqillik yolu ilə: kiçik ölkənin böyük qayğıları”

2. Usik Aranın “Arsax milli azadlıq hərəkatının 25 illiyinə həsr edilmiş” “Azadlıq meydanı” kitabı

3. Francis Scott Fitzgerald-ın “Möhtəşəm Qatsbi” romanı

4. Paulo Coelho – “Kimyagər”

5. G.G.Marquez – “Mənim kədərli fahişələrim”

6. Albert Camus – “Taun”

7. George Orwell - “1984”

8. Erməni yazar Qriqor Narekasi - “Kədərli nəğmələr kitabı”

9. Leonardo da Vinci “Pritçalar, nağıllar, əfsanələr”

10. G.G.Marquez “Yüz ilin tənhalığı” və “Patriarxın payızı” (Bir kitabda)
Reytinq 7 kitab mağazası ilə əməkdaşlıq nəticəsində hazırlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG