Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:25

Gələn ildən Rusiyada kinolara senzura qoyulacaq?


Vladimir Putin və Nikita Mikhalkov, 2005
Vladimir Putin və Nikita Mikhalkov, 2005
-

Gələn il Rusiyada “Kinematoqrafçıların etik xartiyası” qəbul ediləcək.

Dövlətin puluyla kino çəkmək üçün rejissorlar öhdəlik götürəcəklər ki, “cəmiyyətin fundamental dəyərlərinə ziyan vurmayacaq, tamaşaçıya vətənpərvərlik hissi aşılayacaq, tarixi faktları və tarixi şəxsiyyətlərin tərcümeyi-halını təhrif etməyəcək, dindarların hisslərini təhqir etməyəcək, dini simvollara, ənənəvi dini konfessiyaların ruhanilərinə hörmətsiz yanaşmayacaq, ölüm və intiharı romantikləşdirməyəcək, xüsusi ehtiyac olmadan zorakı səhnələrdən, narkotik, alkoqol, siqaret, söyüşdən istifadə etməyəcəklər və s”

Belə bir xartiyanın vacibliyini 3 il qabaq Rusiya lideri Vladimir Putin bildirmişdi.

İndi bununla bağlı layihəni hakimiyyətə yaxın rejissor Nikita Mixalkovun Kinematoqrafçılar Birliyi hazırlayıb.

Xartiya liberal düşüncəli ziyalıların etirazına səbəb olub. Bəziləri bunu qeyri-rəsmi senzura adlandırıb.

“Kinosoyuz” ictimai birliyinin sədri Vitali Manski deyib:

“Əgər sənətçi belə bir layihə hazırlayırsa, bu nəinki absurddur, hətta çöküşün əlamətidir. Sənətkarın vəzifəsi dünyanın təsvirində, qavranmasında çərçivələri daraltmaq yox, genişləndirməkdir. Onun vəzifəsi baryerləri, sərhədləri dağıtmaqdır, onları yaratmaq yox. Buna görə də Nikita Mixalkovun kinematoqrafçılar birliyində belə bir xartiyanın hazırlanmasını həmin ictimai təşkilatdakı dərin böhranın təzahürü sayıram”.

oxuzali.az
XS
SM
MD
LG