Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 02:45

Rusiyada amnistiya olacaq


-
Rusiya Dövlət Duması dekabrın 18-də ölkə konstitusiyasının 20 illiyi ilə bağlı amnistiya layihəsini qəbul edib.

Həftənin sonuna amnistiyanın veriləcəyi bildirilir.

Prezident Putinin dekabrın 9-da Dumaya göndərdiyi 50 dəyişiklikdən bir çoxunu Duma komitəsi qəbul etməyib.

Layihəyə görə, amnistiya kiçik və ya orta, qeyri-zorakı cinayətlərə görə məhkum edilən, istintaq altında olanlara, həmçinin azyaşlı uşaqları olan analara, yetkinlik yaşına çatmayanlara, əlil və yaşlılara şamil olunacaq.

Müxtəlif qiymətləndirmələrə görə, amnistiya 10 mindən 25 minə yaxın məhkum və istintaqda olanlara şamil olunacaq.

Hüquq müdafiəçiləri və müxalifətçilər amnistiya aktını çoxsaylı çatışmazlıqlara görə tənqid ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG