Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:33
Milli Şura bahalaşmaya etiraz edir
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Milli Şura bahalaşmaya etiraz edir

Milli Şura yanacağın bahalaşmasına etiraz mitinqi keçirdi [Video]

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya Yasamal rayonunda yerləşən keçmiş “Məhsul” stadionunda mitinq keçirməsinə razılıq verib. AzadlıqRadiosu mitinqdən canlı yayım edib. Xəbərlərin xronologiyası

Azərbaycanda qiymətlərin artmasına etiraz edəm müxalifət dekabrın 15-də Bakıda mitinq keçirilib. Milli şuranın çağırışı ilə "Məhsul" stadionunda keçirilən mitinq rəsmilərlə razılaşdırılıb. Mitinqdə çıxış edən müxalifət liderləri ölkədəki bahalığa görə Azərbaycan rəhbərliyini ittiham etdilər. Bir neçə min adamın toplaşdığı mitinq hər hansı insidentsiz başa çatıb. AzadlıqRadiosunun əməkdaşları mitinqin gedişini canlı işıqlandırdığından xəbər və fotolar sayta xronoloji ardıcıllıqla yerləşdirilirdi. Son xəbərlər mətnin yuxarısında, ilkin xəbərlər mətnin sonundadır.
15:21 15.12.2013
Milli Şura qiymət bahalaşmasına etiraz mitinqi başa çatıb. AzadlıqRadiosu mitinqdən canlı yayım edirdi. Canlı yayımın təkrarına baxmaq üçün:

Your browser does not support iframes.
15:20 15.12.2013
CƏMİL HƏSƏNLİ: ÖZ HAQQIN UĞRUNDA MEYDANLARDA OLMALISAN

Keçirilən mitinqdə Cəmil Həsənli də çıxış edib. O deyib ki, qiymət artımının xeyrini görən yalnız hakimiyyətdir:

Milli Şura sədri dedi ki, ölkənin bütün sahələri bərbad vəziyyətdədir. Xalq bu durumdan və qiymət artımından ancaq mübarizə aparmaqla çıxa bilər.

Mitinqin sonunda qətnamə oxundu.

Tarif (qiymət) Şurası dekabrın 3-dən Aİ-95 benzininin 1 litrini 80 qəpiyə, Aİ-92 və Aİ-80 benzininin litrini 70 qəpiyə, dizel yanacağının litrini 60 qəpiyə qaldırıb.
15:09 15.12.2013
POLİS XƏBƏRDARLIQ EDİB...

musavat.com yazır ki, Bakı Şəhər Baş Polis İdarəsi rəisinini müavini Səhlab Bağırov Müsavat Partiyası başqanının müavini Tural Abbaslıya xəbərdarlıq edib. Xəbərdarlığa səbəb kimi mitinqdə səsləndirilən şüarlardır.
14:51 15.12.2013

Davamı

XS
SM
MD
LG