Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:16
Milli Şura bahalaşmaya etiraz edir
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Milli Şura bahalaşmaya etiraz edir

Milli Şura yanacağın bahalaşmasına etiraz mitinqi keçirdi [Video]

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya Yasamal rayonunda yerləşən keçmiş “Məhsul” stadionunda mitinq keçirməsinə razılıq verib. AzadlıqRadiosu mitinqdən canlı yayım edib. Xəbərlərin xronologiyası

Azərbaycanda qiymətlərin artmasına etiraz edəm müxalifət dekabrın 15-də Bakıda mitinq keçirilib. Milli şuranın çağırışı ilə "Məhsul" stadionunda keçirilən mitinq rəsmilərlə razılaşdırılıb. Mitinqdə çıxış edən müxalifət liderləri ölkədəki bahalığa görə Azərbaycan rəhbərliyini ittiham etdilər. Bir neçə min adamın toplaşdığı mitinq hər hansı insidentsiz başa çatıb. AzadlıqRadiosunun əməkdaşları mitinqin gedişini canlı işıqlandırdığından xəbər və fotolar sayta xronoloji ardıcıllıqla yerləşdirilirdi. Son xəbərlər mətnin yuxarısında, ilkin xəbərlər mətnin sonundadır.
14:02 15.12.2013

Mitinqdə Əli Kərimli çıxış edir:

​“Bu acgözlər öz büdcələrini doldurmaq üçün yanacağın ardınca qazın da, işığın, nəqliyyatın da qiymətini qaldırmaq istəyəcəklər. İstəyəcəklər ki, sizin hesabınıza milyonlarını, milyardlarını daha da artırsınlar. Bu gün “İstefa” şüarı səsləndirməyiniz onu göstərir ki, siz bilirsiz, qiymət artımı korrupsiyanın, soyğunçulugun nəticəsidir. Biz yaxşı bilirik Azərbaycanda neft, qaz bir ailənin monopoliyasındadır. Anar Əliyev kimdir ki, buna əlini uzatsın. Əlbəttə ki, əgər Azərbaycanda həmin oliqarxlar İlham Əliyevsiz bu oğurluqları etsəydilər, indi onların hamısının nəsibi həbsxanalar idi. Amma onlar çox rahatdılar, çünki bilirlər ki, bu prosesin başında İlham Əliyev durur. Və əlbəttə ki, Azərbaycan xalqı qarşısında bütün bunlara görə onun özü cavab verəcək"
11:29 15.12.2013
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya Yasamal rayonunda yerləşən keçmiş «Məhsul» stadionunda mitinq keçirməsinə razılıq verib. Aksiyada «Qiymətlər endirilsin!», «Bahalaşmaya son!» şüarlarının səsləndirilməsi nəzərdə tutulub.
Baş prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib ki, aksiya zamanı ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmasına yol verilməsin.
Baş prokurorluq bildirib ki, mitinqdə odlu və ya soyuq silah, o cümlədən, insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.
XS
SM
MD
LG