11:29
15.12.2013
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya Yasamal rayonunda yerləşən keçmiş «Məhsul» stadionunda mitinq keçirməsinə razılıq verib. Aksiyada «Qiymətlər endirilsin!», «Bahalaşmaya son!» şüarlarının səsləndirilməsi nəzərdə tutulub.
Baş prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib ki, aksiya zamanı ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmasına yol verilməsin.
Baş prokurorluq bildirib ki, mitinqdə odlu və ya soyuq silah, o cümlədən, insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.
14:02
15.12.2013
Mitinqdə Əli Kərimli çıxış edir:
“Bu acgözlər öz büdcələrini doldurmaq üçün yanacağın ardınca qazın da, işığın, nəqliyyatın da qiymətini qaldırmaq istəyəcəklər. İstəyəcəklər ki, sizin hesabınıza milyonlarını, milyardlarını daha da artırsınlar. Bu gün “İstefa” şüarı səsləndirməyiniz onu göstərir ki, siz bilirsiz, qiymət artımı korrupsiyanın, soyğunçulugun nəticəsidir. Biz yaxşı bilirik Azərbaycanda neft, qaz bir ailənin monopoliyasındadır. Anar Əliyev kimdir ki, buna əlini uzatsın. Əlbəttə ki, əgər Azərbaycanda həmin oliqarxlar İlham Əliyevsiz bu oğurluqları etsəydilər, indi onların hamısının nəsibi həbsxanalar idi. Amma onlar çox rahatdılar, çünki bilirlər ki, bu prosesin başında İlham Əliyev durur. Və əlbəttə ki, Azərbaycan xalqı qarşısında bütün bunlara görə onun özü cavab verəcək"
14:51
15.12.2013
Mitiqdən çəkilmiş foto :) pic.twitter.com/zKMrJVBzzX
— C. Məmmədzadə (@CeyhunMmmdzd) December 15, 2013
15:09
15.12.2013
POLİS XƏBƏRDARLIQ EDİB...
musavat.com yazır ki, Bakı Şəhər Baş Polis İdarəsi rəisinini müavini Səhlab Bağırov Müsavat Partiyası başqanının müavini Tural Abbaslıya xəbərdarlıq edib. Xəbərdarlığa səbəb kimi mitinqdə səsləndirilən şüarlardır.
musavat.com yazır ki, Bakı Şəhər Baş Polis İdarəsi rəisinini müavini Səhlab Bağırov Müsavat Partiyası başqanının müavini Tural Abbaslıya xəbərdarlıq edib. Xəbərdarlığa səbəb kimi mitinqdə səsləndirilən şüarlardır.