Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:17

«Utanmırsan, ümummilli liderin siyasətinə kölgə salırsan»


Bir qrup qadın Tacikistan Sosial Demokrat Partiyasının sədri Zoyirovun mətbuat konfransını pozur
Gözlə

No media source currently available

0:00 0:06:04 0:00

Bir qrup qadın Tacikistan Sosial Demokrat Partiyasının sədri Zoyirovun mətbuat konfransını pozur

-

Tacikistanda müxalifətçilər hökuməti öyrədilmiş muzdlu qadınlardan istifadə edib onların tədbirlərini pozmaqda günahlandırıblar.

Bu günlərdə bir qrup qadın gözlənilmədən Sosial Demokrat Partiyasının mətbuat konfransına giriərək tədbiri pozub, partiya liderinə sərt ittihamlar yağdırıb, prezident Emomali Rahmon-a alqış ediblər.

Onların öyrədilmiş muzdlular olduğundan jurnalistlər şübhələniblər, çünki aralarındakı iki qadını başqa bir “xalq etirazı”nda da görmüşdülər.

Həmin qadınlar bunu inkar etsələr də, jurnalistlər iki aksiyanın video və fotolarını müqayisə edərək yanılmadıqları qənaətinə gəliblər.

"OBON"

Öyrədilmiş qadınların müəyyən haqq qarşılığında müxalifətin tədbirlərini pozması, hətta tədbir iştirakçılarını döyməsi qonşu Qırğızıstanda və Özbəkistanda tez-tez rast gəlinən praktikadır. Belə qadınlara, verilən tapşırığın asanlığı, çətinliyindən asılı olaraq 50-500 dollar arasında pul verilir.

Amma indiyəcən Tacikistanda belə şey olmamışdı.

Orta Asiyada belə qadın qruplarına zarafatla “OBON” deyirlər - rusca “baba” (arvad) və “OMON” (xüsusi təyinatlı milis dəstəsi) sözlərinin sintezi olaraq.

Dekabrın 10-da Düşənbədəki mətbuat konfransında Sosial Demokrat Partiyasının sədri Rahmatullo Zoyirov Ukraynaya səfəri və Kiyevdəki hökumət əleyhinə aksiyalardan danışırdı.
Emomali Rahmon
Emomali Rahmon

Qəfildən zala doluşan qadınlar onu “ölkədə sabitliyi pozmaqda”, “ümummilli lider” Rahmon-un daxili və xarici siyasətinə kölgə salmaqda, ölkədəki inkişafı görməməkdə ittiham ediblər:

"Sən sülh istəyirsən, yay ox? Bizə sülh lazımdı! Bu mətbuat konfransını keçirməkdə məqsədin nədir?”

Qadınlar hətta partiyanı ötən ilin iyulunda ölkənin Dağlıq Bədəxşan vilayətində baş vermiş silahlı toqquşmanın təşkilatçısı olmaqda da suçlayıblar. Həmin toqquşmada təhlükəsizlik orqanlarının yüksək vəzifəli rəsmisi bıçaqlanmışdı.

Halbuki sosial-demokratların həmin olayla heç bir bağlılığı olmayıb. Toqquşmalara görə həmin vilayətdəki yaraqlıların komandirləri ittiham edilib.

"ARANI QARIŞDIRMAQ İSTƏYƏNLƏR"

Qadınlar Zoyirov-dan tələb ediblər ki, "xalqın seçdiyi qanuni prezidentin işinə mane olmasın”. Sonra üzlərini jurnalistlərə tutaraq onları “Tacikistanda aranı qarışdırmaq istəyən” partiya liderinə qulaq asmamağa çağırıblar.

Jurnalistlər qadınlardan soruşublar ki, onlar kimdirlər, mətbuat konfransından necə xəbər tutublar və onları bir yerə kim toplayıb.

Qadınların cavabı bu olub ki, onlar qonşuluqda yaşayan sadə vətəndaşlardır. Mətbuat konfransı haqda internetdən xəbər tutublar. Onları heç kim bir yerə toplamayıb, tədbirə ayrı-ayrılıqda gəliblər.

Amma jurnalistlər onların ikisinin bu ilin aprelində Amerika səfirliyi qarşısındakı aksiyada da iştirakını xatırlayıb.

Həmin aksiyadakı qadınlar Ukraynada Tacikistanın sabiq baş naziri, amma ölkədən qaçandan sonra müxalifətə keçmiş, Amerikada yaşamaq izni olan Abdumalik Abdullojonov-un azadlığa buraxılmasına etiraz edirdilər.

Sosial demokrat Zoyirovsa indi məhkəməyə və baş prokurora müraciət etmək fikrindədir. O, qadınların öyrədilmiş muzdlular olduğunu iddia edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG