Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:14

Sonsuzluğu sekslə sağaldan mollanın məhkəməsi [Video]


Tacik molla (Youtubedan görüntü)
Tacik molla (Youtubedan görüntü)
.
Qurandan ayələr oxuya-oxuya bir qadını sığallayan mollanın görüntüsü qısa bir zamanda YouTube-da ən çox baxılan tacik kliplərindən birinə çevrilib.
İndi onun Düşənbədə keçirilən məhkəməsi də çox geniş kütlənin marağına səbəb olub.
AzadlıqRadiosunun müxbirləri Farangis Najibullah və Tohir Safar xəbər verirlər.
Asadullo Ibrohimov yerli camaat arasında sonsuzluğu müalicə edən birisi kimi yaxşı tanınırdı. Lakin tacik mollasının müalicə üsullarını göstərən video indi onun seksual pozğunluq hərəkətləri və fırıldaq ittihamı ilə məhkəmə qarşısına çıxarılmasına səbəb olub.
Bu həftə Düşənbədə keçirilən məhkəmə dinləməsi zamanı Ibrohimov təqsirini qismən boynuna alıb və elə bu, onun 7 il müddətinə azadlıqdan məhrum edilməsinə kifayət edə bilər. Lakin o, bildirib ki, təqsirin qalan hissəsi onun kömək etmək istədiyi qadınların üzərinə düşür.
Ibrohimov onun sonsuzluqdan müalicə seanslarından birinin görüntüləri sentyabr ayında YouTube-da yerləşdiriləndən sonra həbs edilib.
MOLLAYA QARŞI CİNAYƏT İŞİ QALDIRILIB
Tacikistanın Daxili İşlər Nazirliyi bu videoda Ibrohimovun şəxsiyyətini müəyyənləşdirə bilib və ona qarşı cinayət işi qaldırıb.
Beş dəqiqəlik klipdə Ibrohimov əvvəlcə qadına məsləhətlər verir, sonra isə Qurandan ayələr oxumağa başlayır. Videodakı kişi bundan sonra qadını qucaqlayır, sığallayır, öpür və paltarını qaldıraraq qarnını və döşlərini açır, qadının arxasında hərəkətlər edir.
Tacikistanın Daxili İşlər Nazirliyi öz internet saytında sözügedən qurbanı Düşənbə şəhərinin Rudəki rayonunun 26 yaşlı sakini “R.Z.” adlandırır. Nazirliyin bəyanatında bildirilir ki, “İbrohimov R.Z.-nin kövrək ruhi vəziyyətindən sui-istifadə edərək ona qarşı öz evində seksual pozğunluğa yol verib”.
Deyilənlərə görə, Düşənbənin Luçob məhəlləsindən olan İbrohimov oktyabrın 21-də, bazar ertəsi keçirilən ilk məhkəmə dinləməsində hadisələrin fərqli versiyasını ortaya qoyub.
Məhkəməyə sədrlik edən hakim Ismoil Davlatov deyib ki, molla öz günahını qismən etiraf edib və “bu hərəkətlərə qadının onu vadar etdiyini bildirib”.
Tacikistan paytaxtının Sino rayon məhkəməsi bildirib ki, “R.Z.” və başqa şahidlər qapalı dinləmədə ifadə vermək üçün dəvət olunublar.
Məhkəməyə böyük maraq var, lakin jurnalistlərə “R.Z.”-nin və başqa şahidlərin şəkillərini çəkmək qadağan olunub. Rəsmilər bildiriblər ki, belə bir qərar “R.Z.”-nin ricası ilə qəbul olunub və onun reputasiyasını qorumaq məqsədi güdür.
ADLI- SANLI RUHANİ AİLƏSİNİN ÜZVÜ
Arvadı da daxil olmaqla, mollanın ailəsi ona tam dəstək göstərir. Ailə deyir ki, qurban öz davranışı ilə mollanı təxribata çəkib və yoldan çıxarıb.
“Bu tamamilə qadının günahıdır” - bunu məhkəmə binasının qarşısında mollanın, adının çəkilməsini istəməyən bir qohumu deyib – “Vidoeoda görmürsünüz ki, o tamamilə könüllü şəkildə mollanın çiyinlərini qucaqlayır”.
Videonun kim tərəfindən çəkildiyi və YouTube saytına post edildiyi hələlik bəlli deyil.
Bu klipdən bir neçə həftə əvvəl, bir videopaylaşma saytında başqa bir tacik ruhani xadiminin seks görüntüləri yerləşdirilmişdi.
Luçobun yerli hakimiyyət orqanları bildiriblər ki, Ibrohimov adlı-sanlı ruhani ailəsinin üzvüdür və onun qardaşı bu ərazidəki böyük cümə məscidində ibadətlərə rəhbərlik edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG