Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 07:43

Azərbaycanlı deputatlar Moskvadadır


Moskvada Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının 11-ci iclası keçirilir.

Milli Məclisin saytında bildirilir ki, iclasda parlament sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin 7 deputatı daxildir.

Gündəlikdə 10-cu iclasın qərarlarının yerinə yetirilməsi barədə məlumatların dinlənilməsi, Azərbaycanla Rusiya arasında regional əməkdaşlığın qanunvericilik təminatı, perspektivlərinin müzakirəsi ilə bağlı məsələlər var.

Bundan başqa gündəlikdə hər iki tərəfdə parlamentlərarası komissiyanın tərkiblərinin dəyişdirilməsi məsələsi də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG