Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 01:42

Obamalar Mandelanın dəfn mərasiminə qatılacaq


Michelle və Barack Obama
-
ABŞ Prezidenti Barack Obama və birinci ledi Michelle Obama çərşənbə axşamı Cənubi Afrikada Nelson Mandelanın dəfn mərasiminə qatılacaq. Bu barədə Ağ Ev məlumat yayıb.
Mərasim Johannesburg-da stadionda keçiriləcək. Keçmiş prezident George W. Bush və xanımı Laura Bush da Obamaları müşaiyət edəcək. Cənubi Afrikada mərasimə keçmiş prezident Bill Clinton, dövlət katibi Hillary Clinton, keçmiş prezident Jimmy Carter də qatılacaq.
İrqçiliyə qarşı mübarizə aparmış Mandela dekabrın 15-də doğma şəhərində dəfn olunacaq. O, dekabrın 5-də, 95 yaşında vəfat edib.
XS
SM
MD
LG