Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:21

Hacı Akifin obyektivindən: Bakı və bakılılar

Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsində təhsil alıb. Gənclik illərində "Bakı" qəzetində fotomüxbir kimi işləyib. Daha sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsində işinə davam edib. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazıb. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilib. Daha sonra Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik edib. Xarici ölkələrdə bir neçə dəfə sərgisi keçirilib. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi onu "Danila Moskovski" ordeni ilə təltif edib. 2003-cü ildə Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi mükafatı olan "İlin ən yaxşı foto ustası" adına layiq görülüb. Fotoqraf 30 mart 2008-ci ildə, uzun sürən xəstəlikdən Bakıda vəfat edib.

Davamı

Bölmələr

XS
SM
MD
LG