Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:06

Bakıda 'sonuncu tramvay' - Fotolar

Bu fototarixçə 2002-ci ildə "Magnum" agentliyinin fotoqrafı Yozef Kudelka ustad dərslərində çəkilib. Tədbiri Açıq Cəmiyyət İnstitutu və Azərbaycan Fotoqrafları Birliyi təşkil edib. Yozef mənə Bakı tramvaylarından fotoəhvalat hazırlamağı məsləhət gördü. Bir həftəyə yaxın həmin mövzunu işlədim. Tərslikdən (nə qədər təəssüfləndirici olsa da, indi xoşbəxtlikdən də demək mümkündür) ustad dərsləri bitəndən iki gün sonra Bakıda tramvayların fəaliyyəti dayandırıldı. Beləcə, Azərbaycanda iki neft bumunun şahidi olan tramvaylar üçüncü bumacan yaşaya bilmədi. Nəqliyyatın bu ekoloji təmiz növü tarixə çevrildi. Öz fototarixçəmin adını elə bu üzdən "Sonuncu Tramvay" qoydum. /Fotoqraf MirNaib Həsənoğlu/


Davamı

Bölmələr

XS
SM
MD
LG