Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:49

Məhəmməd peyğəmbərə hörmətsizlik?


Pakistan -- Malala Yousafzaiın kitabı İslamabad-dakı kitab dükanında, 8 oktyabr 2013.
Pakistan -- Malala Yousafzaiın kitabı İslamabad-dakı kitab dükanında, 8 oktyabr 2013.

Yeniyetmə fəalın kitabı qadağan edilə bilər.

-

Malalanı ittiham edirlər ki, “Şeytan ayələri” kitabının müəllifi Salman Rushdie haqda xoş sözlər işlədir.



Pakistanda Talibanın güllələdiyi, amma öldürə bilmədiyi yeniyetmə, qızların təhsili uğrunda mübarizə aparan Malala Yousafzai-ın kitabı birmənalı qarşılanmır.

Kitab minlərlə məktəbdə qadağan edilə bilər.

Ölkədəki özəl məktəb assosiasiyalarından ikisinin rəhbərləri bildiriblər ki, “Mən Malalayam” kitabında “İslama qarşı” və “Pakistan əleyhinə” fikirlər yer aldığı üçün belə bir addım ata bilərlər.

Bunlar Ümumpakistan Özəl Məktəblər Federasiyası və Ümumpakistan Özəl Məktəblərin Menecmenti Assosiasiyasıdır.

Kitabı tənqid edənlər deyirlər ki, orada Məhəmməd peyğəmbərə sayğısızlıq var, yəni Pakistandakı adətlərə zidd olaraq, onun adının qarşısında hörmət əlaməti olaraq (s.ə.s) yazılmayıb.
Malala Yousafzai Britaniyada müalicə alır, 19 oktyab 2012
Malala Yousafzai Britaniyada müalicə alır, 19 oktyab 2012

Bundan başqa Malalanı ittiham edirlər ki, “Şeytan ayələri” kitabında “peyğəmbər və onun zövcələrini təhqir etmiş”, Hindistan əsilli Britaniya yazıçısı Salman Rushdie haqda xoş sözlər işlədir. Yazır ki, atası romanı “İslama qarşı” əsər saysa da, onun özü "söz azadlığına dərin inam bəsləyir”.

Amma başqa bir qurumun - Khyber Pakhtunkhwa vilayətində 10 min özəl məktəbi təmsil edən Özəl Məktəblər İcraçı Assosiasiyasının rəhbəri Aqeel Razaq deyib ki, onların Malalanın kitabına qadağa qoymaq fikirləri yoxdur.

O, Azadlıq Radiosunun Pakistan xidmətinə deyib ki, bu məsələni ümumiyyətlə müzakirə etməyiblər:

"Biz yalnız məktəb proqramımıza aidiyyatı olan kitabları qadağan edə bilərik. Bu kitabı isə proqrama daxil etmək barədə düşünməmişik. Bu, kütləvi bir nəşrdir və biz onu qadağan edə bilmərik. Əgər şagirdlər onu oxumaq istəyirlərsə, bu, onların seçimidir. Onlar hər şey oxuya bilərlər”.

Razaq deyir ki, Malala-nın kitabı TV proqramlarında və qəzetlərdə tənqid edilsə də, bu onun imicinə təsir edə bilməz:
Pakistanda yandırılmış qız məktəbi, oktyabr 2013
Pakistanda yandırılmış qız məktəbi, oktyabr 2013

“Biz Malala-nı qızların təhsil hüququ uğrunda mübarizə aparan fəal kimi tanıyırıq. Onun kitabının mübahisəli olub-olmaması ayrı bir məsələdir. Malal Yousafzai adı - hörmətə layiq bir addır və o, Pakistanın fəxridir”.

Pakistanda Malala ilə bağlı miflər geniş yayılıb. Bəzi özəl məktəb rəsmilər və məmurlar iddia edirlər ki, Qərb ölkələri yeniyetmə qızdan Pakistanda öz maraqlarını təmin etmək üçün istifadə edirlər.

Kitabı xoşlamayanlar orada Pakistandakı milli azlıqların “acınacaqlı vəziyyəti”ndən bəhs edildiyini, ordunun tənqid edildiyini də deyirlər.

2012-ci ildəki sui-qəsd zamanı Taliban yaraqlıları Malalanı başından yaralamışdılar. O, Avropada uzun müalicə kursu keçmişdi. 2013-cü ilin Nobel Sülh Mükafatına əsas namizədlərdən idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG