Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:23

Malalaya Saxarov mükafatı verilib


Malala
Malala
16 yaşlı pakistanlı qız Malala Yousafzai Saxarov mükafatına laiq görülüb.
Bu mükafatı Avropa Parlamenti təsis edib.

Malalla bu mükafata Pakistanda qızların təhsil hüquqları uğrunda apardığı mübarizəyə görə layiq görülüb.

Təxminən 50 min avro məbləğində olan bu mükafat hər il tanınmış hüquq müdafiəçiləri və söz azadlığı uğrunda mübarizə aparan insanlara verilir.

Qeyd edək ki, Malala 2012-ci ilin oktyabrında məktəbli avtobusunda talibançıların hücumuna məruz qalıb. Başından ağır güllə yarası alan Malala möçüzə nəticəsində sağ qalıb və Londonda müalicə edildikdən sonra yenidən həyata dönüb.
XS
SM
MD
LG