Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:15

Talibanın başından yaraladığı Malala Beynəlxalq Uşaq Sülh mükafatı alıb


İctimai fəal şagird Malala Yousafzai
İctimai fəal şagird Malala Yousafzai
-


Pakistanda Talibanın başından ölümcül yaraladığı ictimai fəal şagird Malala Yousafzai Beynəlxalq Uşaq Sülh mükafatı alıb. Mükafatın təsisçisi, Niderlandın «KidsRights» uşaq haqları təşkilatı onu 100.000 avro ilə mükafatlandırıb. Mükafatın təqdimetmə mərasimi sentyabrın 6-da Haaqada keçiriləcək.

16 yaşlı Malala 5 il əvvəl Talibana qarşı tənqidi bloqlar yazmağa başlayıb, ölkəsində qız uşaqlarının təhsil almalarına yaradılan problemləri tənqid edib.

O ötən il oktyabrında fəaliyyəti ilə əlaqədar Talibanın hücumuna məruz qalıb, çiynindən və başından ölümcül yaralanıb. Britaniya hökumətinin dəstəyi ilə bu ölkəyə gətirilən Malala-nın həyatını xilas etmək mümkün olub. Talibanın Pakistan bölməsi gənc qıza hücuma görə məsuliyyəti boynuna götürüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG