Oktyabrın 27-də Rus muzeyinin filialında – Sankt-Peterburqun Mixaylov qəsrində italyanəsilli amerikalı kino aktyoru Silvester Stallonenin rəsmlərindən ibarət sərgi açılıb. Sərgidə onun son 30 ildə çəkdiyi 30 rəsm nümayiş olunur. Ötən əsrin 70-ci illərindən rəssamlığa başlayan Stallone ilk sərgisini 2009-cu ildə Mayamidə təşkil edib. Bundan 2 il sonra İsveçrədə də rəsmlərini sərgiləyən ünlü sənətçi abstrakt ekspressionizm üslubunda işləyir. Onun 2 rəsm əsəri artıq auksionda satılıb.
«Rembo» 30 ilə 30 rəsm çəkib
9
«Herkules O'clock»
Silvester Stallone özünün «Herkules O'clock» rəsmi haqda belə deyir: «Bu rəsm uşaqlıqda keçirdiyim hisslərin əksidir. O vaxt yamsılamağa nümunə axtarırdım. Bir gün – o vaxt, deyəsən, 12 yaşım vardı – baş rolu Stiv Rivzin oynadığı «Herkules» filminə baxmağa getdim. Bu hadisə qəfildən həyatımı büsbütün dəyişdi. Öz-özümə dedim ki, bu kişi oxşamaq istədiyim, əslində, kimliyimi unutduracaq idealdır. Beləcə, vücudumu gəlişdirdim və köklü şəkildə dəyişdim. Yalnız böyüyəndə anladım ki, Herkules, əslində, Herkules deyilmiş. O, rolunu yamsıladığım – superulduz rolunu oynadığım adam deyil. Superqəhrəmanlar, bəzən, özünüməhvə can atırlar. Onlar yalnız qısa müddətə parlayır və yenilməz görünürlər. Problem ondadır ki, heç kim yenilməz deyil».

10
Silvester Stallone 2009-cu ildə Mayami sərgisində özünün «Yaradıcılığın elektrik partlayışı» adlı rəsmi önündə.