Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:37

Moskvada tanınmış Azərbaycan rəssamının sərgisi açılıb


Rasim Babayev
Rasim Babayev
-
Rusiya paytaxtında Şərq xalqları incəsənəti muzeyində Azərbaycanın əməkdar rəssamı Rasim Babayevin (1927-2007) “Həqiqət axtarışında” adlı sərgisi açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sərgi Rusiya Mədəniyyət Nazirliyi, Şərq xalqları dövlət incəsənət muzeyi və “Mərcani” Fondu tərəfindən təşkil olunub.

Sərginin açılış mərasimində çıxış edən muzeyin direktoru Aleksandr Sedov son illər Şərq xalqları dövlət incəsənət muzeyinin Moskva ictimaiyyətinə bir sıra postsovet ölkələrindən, Orta Asiya və Cənubi Qafqaz ölkələrindən olan rəssamların əsərlərini təqdim etdiyini bildirib: “Bu seriyadan olan növbəti sərgi də Rasim Babayevin əsərlərindən ibarət sərgidir”.

Sərgidə Rasim Babayevin 60-a yaxın əsəri nümayiş olunur.

Onun yaradıcılığı təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanınır.
Rəssamın əsərləri 1970-ci illərdə yerli sənət aləmində bir hadisə olub.

1980-cı illərdə isə Rasim Вabayev Abşeron rəssamlıq məktəbinin ən məşhur rəssamlarından biri kimi tanınıb.

Sərgiyə gələnlər üçün Rasim Babayevin əl işlərindən ibarət kataloqlar hazırlanıb.
Sərgidə təqdim olunan əsərlər rəssamın ailəsi tərəfindən, o cümlədən Dövlət Şərq xalqları muzeyi və “Mərcani” Fondu tərəfindən təqdim olunub.

Sərgi noyabrın 10-a kimi davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG