Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:29

Filippində 7.2 bal gücündə zəlzələ olub



Filippin sahilləri yaxınlığında Rixter cədvəli ilə 7.2 bal gücündə zəlzələ baş verib.

Mülki Müdafiə rəsmiləri Cebu vilayətində 15 nəfərin, 4 nəfərin Bohol adasında, 1 nəfər Boholun cənub-qərbindəki Siquijor adasında öldüyünü deyir.

Zəlzələdə 33 nəfərin yaralandığı bildirilir. Zəlzələnin episentri Bohol adasıdır.

Ümumilikdə ölənlərin sayı 20-yə qalxıb. Rəsmilər sunami təhlükəsinin olmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG