Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:02

Bloomberg: 'Əliyev bunları Əsədin aqibətiylə üzləşməmək üçün edir'


Azərbaycan - Qusarda istirahət mərkəzi, İlham Əliyev həyat yoldaşı Mehriban Əliyeva ilə.
Azərbaycan - Qusarda istirahət mərkəzi, İlham Əliyev həyat yoldaşı Mehriban Əliyeva ilə.

-

ABŞ-ın nüfuzlu media orqanlarından olan Bloomberg.com yazır ki, Suriyadan 500 mildən də az məsafədə yerləşən başqa bir dünyəvi müsəlman sülaləsi daha 5 il müddətinə hakimiyyəti əldə saxlamağa çalışır – ölkədə daha geniş azadlıqlara meydan verilməsi və korrupsiyanın səviyyəsinin aşağı salınması çağırışları səsləndiyi bir vaxtda.

Azərbaycan prezidenti İlham Əliyevin, həmkarı Bəşər Əsəddən bir fəqi var – bu da Amerika ilə sıx əlaqəsi və müxalifəti geri oturtmaq üçün yararlandığı davamlı neft gəlirləridir.

10 il əvvəl mübahisəli seçkilərdə iqtidarda atasını əvəz etmiş 51 yaşlı İlham Əliyev bu il oktyabın 9-da üçüncü dəfə prezident olmağa çalışır

Türkiyə və İranla həmsərhəd olan, əvvəllər Sovetlər Birliyinin bir vilayəti olmuş bu 9 milyonluq şiə müsəlman ölkəsi, Azərbaycandakı ABŞ səfirinin fikrincə, Amerikanin “sadiq” müttəfiqidir. Bundan başqa NATO-nun Əfqanıstana göndərdiyi qeyri-hərbi yüklərin 30 faizi onun ərazisi ilə daşınır. Azərbaycan həm də Xəzər dənizindən nefti dünya bazarlarına çıxarılmasında Rusiyadan asılı olmayan yeganə mənbədir.

Bloomberg.com yazır ki, müxalifətin ilk dəfə olaraq vahid namizəd Cəmil Həsənli ətrafında birləşdiyi bir vaxtda, minlərlə insan sentyabrın 22-də Bakıda Əliyevin istefası tələbilə kütləvi aksiya keçirib. Bu, 2005-ci ildən bəri hökumətin əleyhinə keçirilmiş ən böyük aksiya olub.

O zaman müxalifət mübahisəli parlament seçkilərindən sonra Ukraynanın narıncı inqilabını təkrarlamaq istəmişdi

“Yaxın Şərqdə baş verənlərin burada da təkrarlanması mümkünlüyü istisna deyil” - deyə Londonda mənzillənən siyasi risklərə qoymət verən GPW mərkəzindən Kate Mallinson bildirir - “Küçələrə çoxlu sayda narazı insan çıxıb, çünki onlar imkanların açılması əvəzinə formalaşmaqda olan orta təbəqənin gəlirlərinin qısamüddətli olaraq artdığını görürlər, bu proses də hər hansı rejim dəyişikliyini mümkünsüz edir”.

Azərbaycan - Suriya prezidenti Bashar al-Assad (solda) və İlham Əliyev 9 iyul 2009
Azərbaycan - Suriya prezidenti Bashar al-Assad (solda) və İlham Əliyev 9 iyul 2009


Post-sovet məkanında üçüncü ən böyük neft ehtiyatlarına güvənən və BP ilə onun tərəfdaşlarının 40 milyard dollar sərmayə qoyduğu bu ölkədə Əliyev ümid edir ki, etirazlara baxmayaraq Əsəd kimi müsəlman avtokratik liderlərinin aqibəti ilə üzləşməyəcək. O Əsəd ki başı iki il yarımdır ki, vətəndaş müharibəsinə qarışıb və ABŞ-ın mümkün hava zərbələri təhlükəsi ilə üz-üzədir.

Əliyev ölkənin neft gəlirlərinin bir hissəsini Bakının dəmir-beton konstruksiyalarını simvolik Alov qüllələri, milyard dollarlıq mədəniyyət mərkəzi olan paraq metropolisə çevrilməsinə xərcləsə də, onun hökuməti “Beynəlxalq Şəffaflıq” və “Sərhədsiz reportyorlar” təşkilatları tərəfindən

Dünyanın ən korrupsiyalaşmış və repressiv ölkələrindən biri

kimi səciyyələndrilir.

“The Washington Post” 2010-cu ildə məqalə yayıb ki, Əliyevin o zaman 12 yaşı olan yeganə oğlu Dubayda süni adalardan ibarət “Palm Jumeirah” kompleksində ümumi dəyəri 44 milyon dollar olan 9 villa alıb. Əliyev bu xəbəri təkzib etməyib və onun oğlu hələ də yeniyetmə yaşındadır. Müxalifət namizədi Həsənli keçən ay televiziya debatı zamanı bu məqalə barədə tamaşaçılara məlumat vermək istərkən Əliyevə sadiq namizəd ona butulka atmışdı.

Londondakı “Control Risks” mərkəzindən analitik Anna Walker deyir ki, prezidentin böyük var-dövləti haqda hamı bilir, amma o özünün əsas məmurlarının da var-dövlətə sahib olmasına şərait yaratdığı üçün hər hansı narazılığın artmamasını təmin edib.

Bloomberg.com qeyd edir ki, axır il yarımda onlarla siyasi fəal, jurnalist, blogger və hökumətin başqa tənqidçiləri “saxta ittihamlarla”həbs edilib, o cümlədən

REAL hərəkatının rəhbəri İlqar Məmmədov

Azərbaycan - İlqar Məmmədovun məhkəməsi, 20 sentyabr 2013
Azərbaycan - İlqar Məmmədovun məhkəməsi, 20 sentyabr 2013


İlham Əliyev çıxışlarında korrupsiyanın kökünü kəsəcəyini deyir, Azərbaycanda söz, din, toplaşmaq azadlıqlarının mövcud olduğunu və bu sahədə ölkənin başqa dövlətlərdən geri qalmadığını bildirir.

Rəsmi rəqəmlərə görə, Əliyev ötən iki seçkidə müvafiq olaraq 77 və 87 faiz üstünlüklə qalib elan edilib. Həmin seçkilər ABŞ və Avropa Birliyinin müşahidəçiləri tərəfindən azad və ədalətli sayılmayıb. 2009-cu ildə Əliyev Konstitusiyada dəyişiklik edib və prezident seçilmək üçün müddət məhdudiyyətini ləğv edib. Bundan başqa demokratiyanı, insan haqlarını təbliğ edən Azad Fikir Universitetini bağlayıb.

2010-11-ci illərdə Amerikanın Azərbaycandakı səfiri olmuş Matthew Bryza indi Tallində yerləşən Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzə rəhbərlik edir. O deyir ki, Amerikanın Azərbaycanda insan haqlarından başqa maraqları da var və demokratiya sahəsində islahatların sürəti aşağıdır deyə ABŞ özünün digər sahələrdəki maraqlarının təmin edilməsini dayandıra bilməz.

“IHS Global Insight”da baş analitik olan Lilit Gevorgyan deyir ki, Əliyev rejimi yaxşı maliyyələşdirilən polis və təhlükəsizlik orqanlarına güvənir, kasıblığın azalması haqda rəsmi statistikaya baxmayaraq korrupsiya və yerlibazlıq geniş yayılıb.

Bloomberg.com yazır ki, Əliyev axır həftələrdə dövlət idarələrində çalışanların maaşının qaldırılması üçün 20-dən çox sərəncam verib.

Əliyev ölkənin neft gəlirlərindən kasıblığı kəskin azaltmaq üçün istifadə etsə də, gənclər arasında işsizlik ciddi problemdir. Beynəlxalq Valyuta Fonduna görə, işsizlərin 3-də 1-i 16-24 yaş arası gənclərdir.

Matthew Bryza
Matthew Bryza


Ərəb inqilablarının aparıcı qüvvəsi də gənclər idi

Bryza deyir ki, Azərbaycan əhalisi arasında “narazılıq” olsa da və zənginlər əvvəlkinə nisbətən daha çox zənginləşsə də, Əliyev “hətta ən azad və ədalətli seçkiləri də” udmaq üçün kifayət qədər populyardır.

Bakılı təqaüdçü, 64 yaşlı Məmməd Əfəndiyev də bu dəyərləndirmə ilə müəyyən qədər razıdır. Amma onun fikrincə, səbəb odur ki, heç kim Əliyevi üstələmək üçün yetərincə siyasi, maliyyə və insan resurslarına malik deyil.

O deyir ki, azərbaycanlıların çoxu Əliyevi tənqid edir, amma bu saat ona alternativ yoxdur. Onun özü də seçkiyə getməyəcək, çünki bunun nəyisə dəyişəcəyinə inanmır.

Bakıdakı ABŞ səfirliyi ümid edir ki, seçki irəliyə doğru addım olacaq, siyasi islahatlar davam edəcək.

Amma Bloomberg.com qeyd edir ki, demokratiya platformasına baxmayaraq Cəmil Həsənlinin seçkini udmaq şansı azdır.

Beynəlxalq Böhran Qrupu da sentyabrın 26-da qeyd edib ki, hökumət rəsmilərini seçkinin özündən çox seçkidən sonra baş verə biləcək hadisələr narahat edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG