Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:26

ARDNŞ pulunun cəmi 25 faizini Azərbaycanda qazanır


Gürcüstanda ARDNŞ-in yanacaqdoldurma stansiyası
Gürcüstanda ARDNŞ-in yanacaqdoldurma stansiyası
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ildə Azərbaycanda öz gəlirlərinin yalnız 25 faizini qazanıb. Bunu ARDNŞ-in maliyyə hesabatının Ernst and Yung şirkəti tərəfindən aparılan auditi göstərir.

Bu barədə məlumat verən “Caspian Barrel” yazır ki, 2012-ci ildə ARDNŞ 17 milyard manat gəlir əldə edib. Bu, 2011-ci ildəkindən 2 dəfə çoxdur.

Şirkətinin gəliri hansı ölkələrdə əldə olunub? – bu da maraqlıdır.

ARDNŞ hansı ölkədə nə qədər gəlir əldə edib:

Azərbaycanda – 4,4 milyard manat
Birləşmiş Ərəb Əmirliklərində - 6,5 milyard manat
İsveçrədə - 3,3 milyard manat
Türkiyədə - 1,9 milyard manat
Gürcüstanda – 0,6 milyard manat
Başqa ölkələrdə – 0,3 milyard manat

ARDNŞ-in gəlirləri ən böyük sürətlə BƏƏ-də artıb- 2011-ci illə müqayisədə bu ölkədə ARDNŞ-in gəliri 5 dəfə artıb.

İsveçrədə isə ARDNŞ-in fəaliyyətinin ilk ili uğurlu olub – 3,3 milyard manat.

Hesabata görə, 2011-ci ildə ARDNŞ-in gəlirinin 62 faizi Azərbaycanda əldə olunurdusa, 2012-ci ildə Azərbaycanda gəlirin cəmi 25 faizi yaranıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG