Pakistanın Pişəvər şəhərindəki xristian kilsəsinin qarşısında partlayış törədilib.
İlkin məlumatlara görə,St. John Kilsəsinin yaxınlığında baş berən partlayışda 25-ə qədər adam ölüb. Yaralıların sayı hələ dəqiqləşdirilməyib.
Marşal Radiosunun verdiyi məlumata görə, şahidlər intiharçı-bombaçının hücumu olduğunu söyləyirlər.
Hadisə baş verən zaman kilsədə 600 adam olub.