Azərbaycanın gözəl, səfalı və həm də strateji yerlərindən biri Çaykənd. Abbas Atilay sizə bu kənddən, kəndin keçmiş erməni sakinlərindən və ən yeni tarixdə önəmli hadisələrdən biri olan "Çaykənd Əməliyyatı"ndan danışır və göstərir.
Çaykənd - köhnə və yeni kənd
2
Çaykənd Göy Göl rayonunun gözəl, səfalı kəndlərindən biridir. Kənd Kürəkçay boyu, çayın hər iki sahilində salınıb. Bir tərəfi meşəli dağlar, digər tərəfi isə Yeni Zod və Azad kəndləridir.
3
Gəncə-Göygöl yolundan keçəndə kənd çox aşağıda, dərədə olduğundan görünmür.
4
Çaykənd Murovdan çəkilmiş Kəlbəcər-Gəncə yolunun, Toğanadan, Göygöl, Maral göldən gələn yolun, Goranboyun Ağcakənd qəsəbəsindən Gəncəyə gələn dağ yolunun üstündə yerləşmiş strateji əhəmiyyətli kənddir.
5
Kənd əhalisi 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistandan deportasiya edilmiş azərbaycanlılardır. Bundan əvvəl isə uzun illər kəndin sakinləri ermənilər olub.