Nax.MR-da, Babək rayonunun Nehrəm kəndində bir naməlum məzar var. Məzarda imam övladının dəfn olunduğu ehtimal olunsa da dəqiq məlumat yoxdur. Amma üzərində XVIII əsrdə salınmış məbəd buranı yerli insanlar arasında müqəddəs yerə çevirib. Abbas Atilay daha ətraflı göstərir.
Nehrəmdə naməlum məzar.
9
Qəbrin üzərində onun kimə aid olmasım bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur.
10
Türbənin daxilində, divarlarda, mehrabın cənub, baş və sağ tərəfində günbəzvari çərçivələrdə dini xarakterli kəlamlar verilir və türbə daxilindəki xəttatlıq işlərinin Mehdi adlı sənətkara məxsus olduğu göstərilir.
11
12