Nax.MR-da, Babək rayonunun Nehrəm kəndində bir naməlum məzar var. Məzarda imam övladının dəfn olunduğu ehtimal olunsa da dəqiq məlumat yoxdur. Amma üzərində XVIII əsrdə salınmış məbəd buranı yerli insanlar arasında müqəddəs yerə çevirib. Abbas Atilay daha ətraflı göstərir.
Nehrəmdə naməlum məzar.

1
Nehrəm Imamzadəsi - Babək rayonunun Nehrəm kəndində XVIII əsrə aid memarlıq abidəsidir. Bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək qalmışdır.

2
Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir.

3
İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm imamzadəsi türbə, məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir.

4
Bura ziyarətə gələn zəvvarlar kompleksin həyətində qurban kəsirlər.
Şərhlər (5)
Daha çox şərh göstər