Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:06

Siyasət və yumor


Fars xəbər agentliyinin yaydığı "ciddi" xəbər
Fars xəbər agentliyinin yaydığı "ciddi" xəbər
“Keçən il Amerikanın “Onion” jurnalı elan edəndə ki, Şimali Koreyanın girdəsifət lideri Kim Jong Un dünyanın ən seksual kişisi seçilib, Çinin nüfuzlu “Xalq” qəzeti bu xəbəri təmtəraqla yaydı və Şimali Koreya liderinin hətta nəhəng şəklini də bu xəbərə əlavə etdi. Ancaq Çin qəzeti bu xəbəri götürəndə fikir vermədi ki, “Onion” satirik jurnaldır. Onun bu xəbəri satira idi.”
Kim Jong Un
Kim Jong Un

Bunu Ekonomist jurnalı yazır.

“Onion” təkcə Çini çaşdırmayıb. Həmin “Onion” saxta sorğu dərc etdi ki, guya Amerikanın kənd yerlərində yaşayan ağdərili amerikalıların Mahmud Ahmadinejada daha çox rəğbəti var, nəinki Barack Obamaya.

İranın yarı-dövlət informasiya agentliyi bu “xəbəri” real xəbər kimi işıqlandırmağa və yaymağa başladı.


Siyasi satira Yunanıstanda hələ Aristofan dövründə var idi. Yaxın tarixi götürəndə Fransada 19-cu əsrdə kral Lui Filipp karikaturaların qəhrəmanı idi. Ancaq siyasi satiranı görmək üçün o vaxt teatra getmək ya qəzet almaq lazım idisə, indi siyasi satira müasir texnologiyaların sayəsində özü adamların evinə gəlir.

İnternet siyasi satiranın kütləyə gedib çıxmasını qat-qat asan edib. Karikaturanın çapını gözləmək lazım deyil, elə internetə yerləşdirirsən, hamı baxa bilir.

Müasir texnologiyalar satiriklərə senzuranı adlayıb keçmək və anonim qalmaq imkanı da verir.

Yaxın Şərqdə məsələn, satirik xəbər saytı var- “Pan-Arabia Enquirer”. Onun redaktorunun adını bilən yoxdur.

Vaxt var idi, dövlət xadimlərinin özləri siyasi satira yazırdı. ABŞ dövlətinin banilərindən olan Benjamin Franklin 1773-cü ildə Britaniya hökumətinə satirik tövsiyyə yazmışdı. Satıranın adı belə idi: “Böyük imperiyanı balaca imperiyaya çevirməyin qaydaları”.

İndi isə siyasətçilərin gücü satiriklərlə mübarizəyə gedir. Avtoritar ölkələrdə satiriklərin siyasətçilərlə mübarizəsi isə maraqlı formalar alır.

SARI ÖRDƏKLƏR, PİNQVİNLƏR

Çinin Tiananmen meydanında qırğının ildönümündə Weibo saytı boş meydanın şəklini sarı plastik ördək şəkilləri ilə doldurmuşdu. Senzura işə qarışana qədər Tiananmendə sarı ördəklər şəklinə xeyli adam baxmışdı. Bundan sonra senzura axtarışda “böyük sarı ördək” ifadəsinə blok qoydu.

Türkiyədə İstanbulun Gezi parkında böyük nümayişlər olan vaxt CNN Türk kanalı nümayişlərdən çox pinqvinlər haqda sənədli film verirdi. Bundan sonra Türkiyənin sosial mediaları pinqvinlərlə doldu. Pinqvin etirazın rəmzinə çevrildi.

Ekonomist yazır ki, indi dünyada satira bumudur. Bunun bir səbəbi müasir texnologiyalardırsa, digər səbəbi Şimali Kaliforniya Universitetindən Zeynep Tufekchinin dediyi kimi, dünyanın demokratiyaya doğru irəliləməsidir. Onun fikrincə, o ölkələrdə ki söz azadlığı məhduddur, ancaq siyasi repressiyalar o qədər də dəhşətli deyil, həmin ölkələrdə satira çiçəklənir.

Ekonomist yazır ki, “Azərbaycandan Zimbaveyə qədər hökumətlərində yumor hissi olmayan ölkələrdə bir çox satiriklər özlərini ifadə etmək uğrunda çarpışırlar”.

İnternet satiraya təkan versə də, klassik peşəkar karikaturaçıların işi də çətinləşib.

100 il əvvəl ABŞ qəzetlərində tam işçi kimi çalışan 2 min karikaturaçı vardı. 2010-cu ildə tam ştatda işləyən cəmi 40 karikaturaçı qalmışdı.

Bununla belə ən uğurlu karikaturaçılar indi öz vebsaytlarını yaradırlar və hətta üstündə öz karikaturaları olan qısaqol köynək satışı kimi ticarətlə də dolanırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG