Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:33

Albaniyanın andlı bakirələri

Albaniyada "andlı bakirələr" bioloji cəhətdə qadın olan, amma bütün ömrü boyu özünü cəmiyyətə kişi kimi tanıtmış insanlara deyirlər. 15-ci əsrdə Kosovonun cənubu və Albaniyanın şimalında mövcud olan patriarxal qanunlara görə qadınlar öz ərlərinin mülkiyyəti hesab edilirdilər. Bu qaydalara görə də qadın öz işini qurmaq, pul qazanmaq, siqaret çəkmək, ucadan danışmaq kimi bir sıra təməl hüquqlardan məhrum idilər.

Qadınlar qəbilə ağsaqqalları qarşısında bütün ömürləri boyunca kişi kimi həyat sürəcəklərinə and içəndən sonra kişilərin malik olduqları statusları əldə edə bilirdilər. Bu cür and içmiş qadınlar ömürləri boyunca ərə getmir, saçlarını kəsidirir, kişi paltarı geyinir, hətta adlarını dəyişib kişi adı götürür, cəmiyyətdə kişi kimi davranırdılar.

Amerikalı fotoqraf Jill Peters Albaniyaya səfər edərək ucqar kəndlərdə az sayda olsa da hələ də yaşayan belə andlı bakirələrin fotolarını çəkib. Müasir Albaniyada belə insanların sayı olduqca azdır və əsasən yalnız ucqar kəndlərdə yaşayırlar. Həmin ənənənin getdikcə aradan qalxdığı nəzərə alınsa, bəlkə də bu andlı bakirələr sonuncular olacaqlar. Fotoqrafın "Albaniyanın andlı bakirələri" layihəsindən fotolar.

Davamı

Bölmələr

XS
SM
MD
LG