1981-ci ildə Yuli Gusman-ın çəkdiyi "Qorxma, mən səninləyəm" filmindən bizə tanış olan XVIII əsrin maraqlı müdafiə istehkamı - "Sumuq qalası". Abbas Atilay bu qalanı onu görməyənlər üçün təqdim edir.
"Qorxma, mən səninləyəm" - Sumuq qalası
1
XVIII əsrə aid Sumuq qalası Qax rayonunun İlisu kəndində, Bucaq məhəlləsində yerləşir.
2
Dağlıq ərazilərdə yaşayan insanlar bu qalanı düşmən hücumlarından müdafiə məqsədi ilə ucaldıblar.
3
Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunub.
4
Qalanın adıyla bağlı bir sıra mülahizələr mövcuddur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilib. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul, məsələn, Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı idarə etmiş Məhəmməd xanın adına rast gəlinir.
VPN-siz oxumaq
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman