Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:19

«Azərbaycan Avrasiya İttifaqına üzv olsa...»


Mətbuat icmalı
Mətbuat icmalı
-

BAKI İLƏ KREMLİN YOLU AYRILIR

«Zerkalo» qəzetində Rauf Mirqədirov Rusiya prezidenti Vladimir Putin-in avqustda Bakıya gözlənən səfərindən yazır. Müəllif qeyd edir ki, Rusiya bütün ölkələri onlara axan milyardlarla şantaj edir. Orta Asiya, Moldova, Belarus və Ermənistan bu hədələrə tuş gəlib. Ancaq Rusiyadan gələn pulun Azərbaycan üçün əhəmiyyətindən danışmaq çətindir. Əksinə. Məhz iqtisadi baxımdan Rusiyanın əmək miqrantlarına ehtiyacı var. Yoxsa, onları çoxdan Rusiyadan qovardılar. Ona görə də sosial-iqtisadi baxımdan Rusiyanın Azərbaycan üçün ciddi hədə olmadığını demək olar.

AZƏRBAYCAN AVRASİYA İTTİFAQINA ÜZV OLSA HAKİMİYYƏTİN ÖMRÜ QISA OLACAQ

«Bizim Yol» qəzetinin əməkdaşı Natiq Cavadlı isə tarixçi-alim, REAL Siyasi Hərəkatı İdarə Heyətinin üzvü Altay Göyüşovdan müsahibə alıb.

- Prezident seçkiləri yaxınlaşır, hakimiyyət Rusiyanın təzyiqlərini azaltmaq üçün Avrasiya İttifaqına gedə bilərmi?

- İndiki hakimiyyətin nə düşündüyünü bilməsəm də, bir şeyi dəqiq bilirəm ki, əgər Azərbaycan Avrasiya İttifaqına üzv olsa, indiki hakimiyyətin ömrü qısa olacaq.

- Fikrinizi isbatlamaq üçün arqumentinizi deyə bilərsinizmi?

- ...Təsəvvür edək ki, Rusiya Azərbaycanı işğal edir, elita da narazıdır, onları razı salmağın bir yolu hakimiyyəti dəyişdirməkdir. Ona görə Avrasiya İttifaqına üzv olmaq asan deyil. Bilirsiniz ki, Heydər Əliyev hakimiyyətə gələndə atdığı ilk addım MDB-yə üzvlük oldu, səbəb də Rusiya təhlükəsiydi. Hamı bilirdi ki, Elçibəyi də Rusiya devirib. Eyni situasiya yarananda indiki hakimiyyətin sonrakı addımının nə olacağını bilmirəm. Hakimiyyətini qorumaq üçün Avrasiya İttifaqına doğru addım ata bilər, amma perspektivdə o addımın atılması hakimiyyəti qoruyub saxlamır. Çünki bu, siyasətin əlifbasıdır.

«MİLLİ ŞURA» «VAHİD NAMİZƏD» FABRİKİDİR

«Yeni Azərbaycan» qəzeti «radikal müxalifət düşərgəsində mövqe savaşının gündən-günə daha şiddətli xarakter aldığını» yazır. Radikallar düşərgə daxilindəki rəqiblərindən bir baş üstün mövqeyə çıxmaq üçün bir-birlərinin səsləndirdikləri fikirlərə dərhal əks reaksiya verir, hətta qarşılıqlı ittihamlar səsləndirməkdən, bir-birlərini aşağılamaqdan belə çəkinmirlər.

...Radikal düşərgənin yeni «birlik» formatı kimi təqdim olunan qondarma qurum yarandığı gündən çəkişmələr, ziddiyyətlər meydanına çevrilib. Hazırda «Milli Şura» üzvlərinin ətrafında sonu görünməyən çək-çevir apardıqları «vahid namizəd» məsələsi radikal düşərgənin bir nömrəli probleminə çevrilib desək, əsl həqiqəti ifadə etmiş olarıq».

«İLHAM: BİR PREZİDENTİN PORTRETİ»

«Azərbaycan» qəzeti xəbər verir ki, ölkənin Tehrandakı səfirliyi İranda «İlham: Bir Prezidentin portreti» kitabını fars dilində nəşr etdirib. Kitabın müəllifi tədqiqatçı Qril H. Vilsondur.

«Müəllif yazır ki, Azərbaycan XX əsrin əvvəllərində qarşılaşdığı dövlətçilik böhranını həmin əsrin sonunda yenidən yaşayıb. «...1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan xalqının tarixində xilaskarlıq obrazı yaradıb. Ümummilli lider təcavüzkar Ermənistanı atəşkəsə məcbur edib, həyata keçirdiyi uzaqgörən neft strategiyası ilə region ölkələrinin kompleks inkişafı üçün yeni bir şərait yaradıb. Bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Azərbaycan beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirib, bütün parametrləri ilə qüdrətlənib, xalqın rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG