-
Bir neçə gənc iyulun 21-də Fəvvarələr meydanı adı ilə tanınan şəhərin mərkəzində flaşmob keçirməyə cəhd edib. “Qanunsuz həbslərə son” şüarı ilə keçirilən flaşmobda gənclər əlləri ilə ağızlarını qapadaraq səssiz ayaq üstə durmağa cəhd ediblər.
AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, mülkigeyimlilər aksiyaçılardan birini – Açıq Cəmiyyət Partiyasından olan Vüqar Aslanovu hadisə yerindən uzaqlaşdırıblar. Polis isə etirazçılardan heç birinin həbs olunmadığını deyir.