Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:17

«Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
«SİYASİ OYUNLARIN «ALƏT»LƏRİ»

«Azərbaycan» qəzetinin «Siyasi oyunların «alət»ləri» başlıqlı yazısında Milli Şurada daxili münasibətlər təhlil olunur:

««Milli Şura» üzvlərinin son günlər qurumun «ehtiyat» namizədi axtarışına çıxmaları düşərgədə kataklizmlərin yaşandığını göstərir. Müsavat öz namizədinin olması ilə bağlı 4 yanvar tarixli qərarının qüvvədə qaldığını bəyan edib. Bu da o deməkdir ki, İ.Qəmbər seçkiyə getmək niyyətindədir və hansı yolla olursa-olsun, «Milli Şura»da namizədliyinin dəstəklənməsinə çalışacaq. Müsavat başqanının «birlik» görüntüsü imitasiyasının sonradan «müttəfiqlər»inə qarşı kompromatla əvəzləməsi nəticədə düşərgədə parçalanmalara və qarşıdurmalara rəvac verir».

«CƏMİYYƏTİN SİYASİ AUTSAYDERLƏRİ»

«Yeni Azərbaycan» qəzeti də Milli Şuranın, ölkə müxalifətinin fəaliyyətini tənqid edən yazı dərc edib. «Cəmiyyətin siyasi autsayderləri» adlı yazıda deyilir:

«Radikal qrupların müəyyən zaman kəsiklərində ayrı-ayrı qondarma qruplarda birləşməsi həmin qüvvələrin siyasi autsayderlərinə dəlalət edir. Başqa sözlə, qeydiyyatdan keçmiş siyasi partiyaların illeqal fəaliyyət göstərən qondarma qurumların çətiri altında yığışması radikal müxalifətin yararsız antimilli ünsürlərdən və autsayderlərdən ibarət olduğunu göstərir».

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli
«GÜLTƏKİN HACIBƏYLİNİN ƏMLAKINA HƏBS QOYULDU»

«Azadlıq» qəzeti yazır ki, Nəsimi rayon Məhkəməsi keçmiş deputatın evinə və maşınına həbs qoyub. Gültəkin Hacıbəylinin keçmiş qaynanası Nəhayət Məmmədova onu külli-miqdarda borcu qaytarmamaqda ittiham edib:

«Bu il iyunun 28-də Nəsimi rayon Məhkəməsində Nəhayət Məmmədovanın nümayəndəsi Gültəkin Hacıbəyliyə məxsus maşın, ev, eləcə də onun həyat yoldaşına məxsus və baş etibarnamə ilə idarə edilən maşın üzərinə həbs qoyulması üçün vəsatətlə çıxış edib. Hakim Gültəkin Hacıbəylinin nümayəndəsi Sahil Quliyevin də iştirak etdiyi hazırlıq iclasında bütün tərəflərin gözü qarşısında vəsatəti geri qaytarıb. Yəni, vəsatət rədd edilib. Amma məhkəmə iyunun 28-də elan etdiyi qərarını əksinə dəyişib».

«QIZMAR GÜNƏŞ ALTINDA ÇÖRƏKPULU QAZANANLAR»

«Yeni Müsavat» qəzeti 13 iyul sayında «Qızmar günəş altında çörəkpulu qazananlar» adlı reportaj dərc edib.
Foto: Arxiv
Foto: Arxiv

Reportajın qəhrəmanları yayın isti günlərində belə daldalanmayıb xırda ticarətlə məşğul olanlardı. Bu qəhrəmanlar siqareti dənə-dənə təklif edən, yoldan keçənlərə ətirlənmiş kağızları paylamaqla reklamla məşğul olan, qarğıdalı satan xırda ticarət adamlarıdır:

«İllərin yorğunluğu üzündə əks olunan Sənubər xala 15 ildir bu xırda ticarətlə məşğul olduğunu deyir: «Günə 8-10 manat qazanıram. Bir qızım var. Səhər saat 7-dən axşam 9-10-a kimi burdayam. Bu siqaret dənələrini satıram. 3-ünü 20 qəpiyə verirəm»».

«BAKIDA HAKİMİYYƏT ƏLEYHİNƏ VƏRƏQƏLƏR YAYILIB»

«Bizim yol» qəzeti 13 iyul tarixli sayında yazır ki, Bakıda hakimiyyət əleyhinə vərəqələr yayılıb. Qəzet apa-ya istinadən bildirir ki, həmin vərəqələrə Abşeron rayonunun Xırdalan şəhərində daha çox rast gəlinir:

«Üzərinə hakimiyyət əleyhinə şüarlar yazılmış vərəqələr yaşayış binalarında mənzillərin qapısına yapışdırılır. Vərəqələrdə «Hakimiyyətin mənbəyi sənsən», «Hakimiyyətdən qorxma», «Hakimiyyətə etiraz et» və «Hakimiyyəti dəyiş» şüarları yazılıb. Amma Abşeron rayon Polis Şöbəsi onlarda belə məlumatın olmadığını bildirib».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG