Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:05

Hüseyn Abdullayevin cinayət işindən yeni açıqlamalar


Hüseyn Abdullayev
Hüseyn Abdullayev
-
«Araz Inc.» MMC 2009-cu ilin fevralından 2013-cü ilin yanvarınadək 8 milyon 225 min manatlıq alqı-satqı əməliyyatı aparsa da, gərəkli bəyannamələr vergi orqanına təqdim edilməyib. Beləcə, MMC 1 milyon 370 min manat əlavə dəyər vergisindən və 244 min manat hüquqi şəxsin mənfəət vergisindən – bütövlükdə 1.5 milyondan çox vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Məlumatı Vergilər Nazirliyi yayıb.

O da bildirilir ki, «Araz Inc.» MMC razılıq (lisenziya) almadan tikinti-quraşdırma işləri aparıb. Daha bir rəsmi iddia odur ki, «Araz Inc.» MMC-nin qeydiyyat sənədlərinə görə, Abbas Abdullayev və Zeynəb Abdullayeva təsisçi sayılsalar da, ilkin istintaq MMC-nin fəaliyyətinə əslində Hüseyn Abdullayevin rəhbərlik etdiyini üzə çıxarıb:

«Hüseyn Abdullayev «Araz Inc» MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 966 min manat gəlir əldə edib. CM-nin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini və külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Lakin istintaqın çağırışlarına gəlmədiyi, istintaqdan gizləndiyi və respublika hüdudlarından kənarda olduğu üçün beynəlxalq axtarışa verilib».

Cinayət işi üzrə ilkin istintaq davam etdirilir.

Son vaxtlar indiki hakimiyyətə müxalif mövqedə dayanan Hüseyn Abdullayev hazırda Almaniyada yaşayır.

Bir neçə ay öncə internetdə Hüseyn Abdullayevin yazdığı «Susma» mahnısı ilə bağlı videoklip yayılıb. Klipdə xalq haqsızlığa qarşı mübarizəyə çağırılır.

İyunun 26-da Hüseyn Abdullayev axtarışa verilib.
XS
SM
MD
LG