Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Sabiq millət vəkili Hüseyn Abdullayev axtarışa verilib


Hüseyn Abdullayev
Hüseyn Abdullayev
-

Sabiq millət vəkili Hüseyn Abdullayev dövlətlərarası və beynəlxalq axtarışa verilib.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Onun sözlərinə görə, DİN H. Abdullayevin axtarışa verilməsi ilə bağlı sorğunu təsdiqləyib. Onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır.

H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Bir müddət öncə sözləri və musiqisi Hüseyn Abdullayevə məxsus «Susma» klipi yayımlanıb. Klipdə Bakıda keçirilən etiraz aksiyaları görüntülənir. İki gün öncə – iyunun 25-də mahnını ifa edən «Şeron» qrupu mətbuat konfransında bildirib ki, H. Adullayevin bu mahnısının «Xocalı» hadisələrinə həsr edildiyini düşünüblər və klipdəki görüntülərdən xəbərsiz olduqlarını söyləyiblər. Mahnı internetdə yayımlandıqdan sonra «Şeron» Qrupunun polisə çağırıldığı bildirilirdi.

Orxan Mansurzadə H. Abdullayevin məhz bu mahnıdan sonra axtarışı verilməsini, ona təzyiq kimi qiymətləndirilməsinin əleyhinədir:

«H. Abdullayev barəsində konkret cinayət işi var. Və o, bu cinayətə görə axtarışa verilib».

Hüseyn Abdullayev 2005-ci ildə parlametn seçkilərində millət vəkili seçilib. Lakin 2007-ci ildə parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş verən davadan sonra onun deputatlıq mandantı geri alınıb. F. Ağamalının şikayəti əsasında məhkəmə 2 ay müddətinə barəsində həbs-qətimkan tədbiri seçib. Parlamentdəki davaya görə, Hüseyn Abdullayevi məhkəmə günahkar bilib və barəsində 2 illik şərti həbs cəzası hökmü verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG