Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:48

Aytən Nəsibbəyli. Qılıncı götürən oğlan...


Aytən Nəsibbəyli
Aytən Nəsibbəyli
-

Aytən Nəsibbəyli


Kitab

I

Hər gün açıb örtdüyün kitabın
son cümləsi nə idi?
Unutdun. Bilirəm.
Kitablar məşq üçündür,cənablar,
Daha güclü qol
və bir dördkünc eynək üçün.


Adətimiz
ev dağıdıb park salmaqdır, ağalar.
Bizim üçün güzgülər
şık dekorasiyadı evlərdə.
Onlar
bizə dost deyildi heç vaxt.
Ağlamazdıq qarşılarında.


Qələm-Pozan

II

Məktəbə gedən uşaqlar...
Çantalarında qələmlər....
Onlar
qələmdən qorxarlarmı, cənablar?
Pozanlar
qələmə düşməndir, bilərlərmi?
Pozanmı, qələmmi onların taleyi,
sorarlarmı ?


Su

III

Qılıncı götürən oğlan
suya baxanda
taleyini seçdi.
Onlar qılınca tamah salsa,
suya baxmayacaqlarmı, cənablar?
Suyu ki
içmədik, cənablar!
XS
SM
MD
LG