Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 22:02

Taksimdə toqquşmalar davam edir (VİDEO)


Türkiyə polisinin Ankara və İstanbulda etirazçılarla qarşıdurması
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Türkiyə polisinin Ankara və İstanbulda etirazçılarla qarşıdurması

Ötən gecə İstanbulda polislə nümayişçilər arasında yeni qarşıdurma baş verib. Gecədən bu yana polis Taksim meydanına toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə edib

-

İstanbulun Taksim meydanında nümayişlər davam edir. İyunun 12-nə keçən gecə Taksimdəki qarşıdurma nümayişlərin başladığı gündən bu yana ən gərgin gün olub. Polis meydana müdaxilə edərək etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə edib. Etirazçılar dağılmaq istəmir, yaxınlıqdakı Gəzi parkına sığınıblar.

Bu yazı daim yeniləndiyindən ən sonuncu xəbərlər yuxarıda yerləşdirlir. Azadlıqda qalın (Taksimdən canlı görüntülərə burada bax)


VGTV-nin canlı yayımı

Taksimdən canlı görüntülər

Canlı yayım Norveçin VGTV kanalından götürüldüyündən 15 saniylik reklamla başlayır
12 İYUN

16:30 - ERDOGAN GEZİ QRUPUNU QƏBUL EDƏCƏK

İyunun 12-də Türkiyənin baş nazir Rejep Tayyib Erdogan 20 nəfərlik «Gezi» qrupunu qəbul edəcək. Daha sonra baş nazir sənətçilərlə - Hasan Kaçan, Necati Şaşmaz ve Gökhan Özoğuz'la görüşməlidir.

Bu haqda məlumat verən CNN Türk yazır ki, Hasan Kaçan, Necati Şaşmaz ve Gökhan Özoğuzla görüşməkdə də məqsəd Taksim meydanında baş verənləri müzakirə etməkdir.

11:00 - TAKSİMDƏ QARŞIDURMA DAVAM EDİR

Ötən gecə İstanbulda polislə nümayişçilər arasında yeni qarşıdurma baş verib. Gecədən bu yana polis Taksim meydanına toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə edib. Nümayişçilər isə qarşı tərəfə cavab olaraq daş və «molotov kokteyli» atıblar.

Hazırda Taksim meydanında polis bölmələri yerləşib, nümayişçilər isə yaxınlıqdakı Gezi parkında daldalanıblar.

Ötən gecə Taksimdəki qarşıdurma nümayişlərin başladığı gündən bu yana ən gərgin gün olub.

İstanbul valisi Hüseyin Avni Mutlu deyib ki, xüsusi təyinatlılar nümayişçiləri meydandan sıxışdırıb çıxaracaq. Türkiyə baş naziri Recep Tayyib Erdogan da bəyan edib ki, etirazçılara «tolerantlıq» göstərilməyəcək.

18:50 - POLİS AKSİYAÇILARI GƏZİ PARKINDAN DA SIXIŞDIRIR

İstanbulun «Taksim» parkına yenidən etirazçılar toplaşmaqdadır. Türkiyə mediasının məlumatlarında müxalif CHP liderlərinin axşam Gəzi Parkına gələcəyi və orda qalacağı bildirilir. Hazırda suvuran maşınlar meydana toplaşmağa cəhd edən adamları uzaqlaşdırmağa çalışır.

Polis İstanbulun Gəzi Parkına bir neçə tərəfdən qaz bombaları atmaqda davam edir. Hələ ki, adamlar dirəniş göstərib parkı tərk etmək istəmir.

14.50 - ERDOGAN: XALQ ARASINDA AYRILIQ SALMAQ İSTƏYƏNLƏR BU ADDIMLARINDAN ƏL ÇƏKSİNLƏR

«Gənclərin arxasında dayanaraq bu çirkin oyunları sərgiləyənlər buna son verməlidir». Bunu Türkiyənin baş naziri Recep Tayyip Erdogan iyunun 11-də hakim AKP-nin qrup toplantısında Gezi Parkı ilə bağlı çıxışında deyib:

«Baş örtüyü olduğu üçün işindən atılan, hətta intihar edənlər oldu. Neçə gənc xaricə getdi. Bunları bizə yaşadan dövlət deyildi, onu bizə yaşadanlara görə biz cahil adamlarıq. Bu gün də bizə elə baxırlar. Amma biz heç vaxt intiqam hissi ilə yaşamadıq. Kimsə kimsənin yaşayış tərzinə qarışmır və qarışmayacaq. Biz bir yerdə Türkiyəni inkişaf etdirəcəyik. Xalq arasında ayrılıq salmaq istəyən ziyalılar, jurnalistlər bu addımlarından əl çəksinlər. Bu gün Gəzi Parkından aldığım xəbərə baxın, «Gəzi Parkını pis qoxudan keçmək olmur. Bilirsiniz mən nə demək istəyirəm».

Erdogan daha sonra ölkədəki iqtisadi inkişafdan, quruculuq işlərindən danışıb. O, ölkənin xeyli inkişaf etdiyini deyib:

«Türkiyə terrora qarşı mübarizəsini davam etdirməkdədir. Artıq 6 aydan çoxdur Türkiyədə adamların ürəyini dağlayan xəbərlər gəlmir. Bizim gördüyümüz və görəcəyimiz işlər İstanbulun gözəlləşməsi üçündir. İstanbulun elə bir böyük meydanı yoxdur. Biz istədik ki, Taksimdə bütün yolları yer altına salmaqla, böyük bir park edək».

14-30 ERDOGAN MÜXALİFƏTİ İTTİHAM EDİR

«CHP iki ildir küçə-küçə reytinqini artırmaq istəyir. Düşmənlərlə əməkdaşlıq etmək istəyən CHP bu işədə də istəyini həyata keçirmək istəyib, amma bu istəyinə yenə də çata bilməyib. Polisə həqarət edən, gənclərə pul verən CHP millət vəkilləridir. Ölkənin qanunsuz miqrantlarına qucaq açıblar. CHP insanları küçələrə töküb. Bu gün «molotov kokteyli» atılaraq iki suvuran maşın yandırılıb. Bunların işi budur. CHP çirkab içində itib-batıb. Reyhanlı hadisələrini törədən, 52 vətəndaşın ölümü ilə nəticələnən hadisənin təşkilatçısı tutuldu. Mən polis və jandarmamızı təbrik edirəm. İndi sorğu-sual olunur. CHP-ni istefaya dəvət edirəm. Bizim güclü müxalifətə ehtiyacımız var. CHP başçısı öz vəzifəsindən getməli və o yeri kiməsə həvalə etməlidir. Taksim parkında terrorçuların fotoları bayrağımızla yan-yana asılıb. Bu, CHP siyasətinin iflasıdır. 7 ay sonra seçki qutusu başında CHP bu hadisələrin hesabını verməli olacaq. Biz insanları küçələrə tökmərik, biz nə edəriksə hüquq və demokratiya daxilində edərik. Biz dağıdıb qıranlardan deyilik, biz hesabımızı seçkilərə saxlamışıq».

14-00 «GÖZLƏRİNDƏN ÖPÜRƏM»

Türkiyə baş naziri çıxışının sonunda gənclərə səslənib:

«Türkiyə daxilində qonşusunu, küçəsini, məhəlləsini narahat edənləri sakitliyə, sükuta dəvət edirəm. Taksim başda olmaqla, müxtəlif yerlərə səmimi duyğularla nümayişə çıxan gənclərə bu işi bitirin, deyirəm və gözlərindən öpürəm. Amma bu işləri terrorla davam etdirmək istəyənlərə də demək istəyirəm ki, artıq bu iş sona çatıb. Bundan sonra belə nümayişlərə ehtiyac yoxdur».

13-50 - 7 NƏFƏRİN XƏSARƏT ALDIĞI DEYİLİR

Taksim hadisələrinin 12-ci günü meydan və onun ətrafında polislə etirazçılar arasında baş verən qarşıdurmalarda 7 nəfərin xəsarət aldığı bildirlir.

Türkiyə mediasının yazdığına görə, xəsarət alanlar arasında iki jurnalist və iki polis əməkdaşı var.

İstanbul valisi Hüseyn Mutlu mətbuat konfransı keçirərək, bir daha Gezi Parkına müdaxilə olunmayacağını deyib.

12.00 - SUVURAN MAŞINLARDAN BİRİ YANDIRILIB

Taksimdə gərginlik davam edir. Etirazçılar suvuran maşınlardan birini yandırıblar. Əraziyə əlavə polis qüvvələri yeridilməkdədir.

11.15 - TAKSİMDƏ YENİDƏN TOQQUŞMA OLUB

İstanbulun Taksim meydanında yenidən etirazçılarla polis arasında toqquşma olub.

Türkiyə mediası bildirir ki, iyunun 11-i Çevik polis qüvvələri yerli vaxtla səhər 7:30 radələrində Taksim meydanına girib.

İstanbul Valisi Twitter'dən Gezi Parkına müdaxilə olunmayacağını bəyan edib. O, deyib ki, polis sadəcə Atatürk Mədəniyyət Mərkəzi və Atatürk abidəsinin üzərindəki plakatları yığışdıracaqlar.




VGTV (Norveç) kanalı canlı xəbər verir

Canlı yayıma qoşularkən reklam çarxının bitməsi üçün 15 saniyə gözləməli olacaqsınız.

Polis müdaxilə zamanı tez-tez etirazçılara «daş atmayın, su vurmayaq» xəbərdarlığını edib.

Buna baxmayaraq saat 09:00-da vəziyyət gərginləşib. Adamlar suvuran maşını əhatəyə alıb. Bu zaman polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma davam edir.

Türkiyədə Taksim etirazlarının 12-ci günüdür. Baş nazir Recep Tayyip Erdogan bazar günü xəbərdarlıq edib ki, onun səbri hüdudsuz deyil.

Erdogan deyib ki, onun gələcəyi küçələrdə yox, seçki qutularında müəyyən olunacaq.
Mayın 31-dən bəri ölkənin 78 şəhərində etiraz aksiyaları keçirilir.

Əvvəlcə İstanbuldakı Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya sonradan baş nazir Recep Tayyip Erdogana qarşı yönəlib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG