Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:09

Erdoğan Taksim parkında tikinti planından dönməyəcəyini deyib


Recep Tayyip Erdogan
Türkiyə hakimiyyəti Taksim meydanında tikinti planından imtina etməyəcək.
Bunu Tunisə səfəri zamanı Türkiyənin baş naziri Recep Tayyip Erdogan bəyan edib.

O bundan əvvəl bu plana etiraz edən aksiyaçıları ekstremist adlandırıb.
Şimali Afrika ölkələrində səfərdə olan baş nazir bu gün vətənə dönür.
Ölkənin baş nazir müavini Bulent Arinc dünən Ankarada nümayişçilərin nümayəndələri ilə görüşüb, ona aksiyaçıların tələbləri çatdırılıb.
Amma Azadlıq Radiosunun müxbiri Qlen Keyts hazırda bütün diqqətin baş nazir Erdoğana yönəldiyini xəbər verir.

Bir neçə gün bundan əvvəl İstanbulun Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən etiraz ,az sonra baş nazir Erdogana qarşı yönəldi.
İstanbul və Ankara da daxil olmaqla ölkənin bir sıra şəhərlərində hökumətin istefası tələbi ilə etirazlar keçirilir.
Bu aksiyalar dağıdılarkən azı 2 nəfərin öldüyü bildirilir.
XS
SM
MD
LG