Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:51

Erdogan etirazçıları talançı adlandırıb


Tayyip Erdogan
Tayyip Erdogan
Türkiyənin baş naziri Recep Tayyip Erdogan etirazçıları talançı adlandırıb və tərəfdarlarını gələn il keçiriləcək yerli seçkilərdə onlara dərs verməyə çağırıb.O belə bir bəyanatla bazar günü Adana şəhərində çıxış edib.Bazar gününə keçən gecə bu şəhərdə hökumətin əlehdarları ilə tərəfdarları arasında toqquşma olub.
Erdogan tərəfdarlarını zorakılıqdan qaçmağa çağırıb.

Bu gün yenidən paytaxt Ankara, İstanbul, İzmir və ölkənin digər şəhərlərində küçələrə 10 minlərlə adam çıxıb.İstanbulda nümayişçilər təkərlər yandırıb, polisə fişənglər atıb.
Öz növbəsində polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Türkiyənin hakim Ədalət və inkişaf partiyası vaxtından əvvəl seçkilərin mümkünlüyünü rədd edib.

10 gündür ki, Türkiyədə hökumət əleyhinə aksiyalar keçirilir.Əvvəlcə İstanbulun Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya ,az sonra baş nazir Erdogana qarşı yönəldi. İndiyədək baş verən toqquşmalarda 2 aksiyaçı və 1 polis ölüb.
XS
SM
MD
LG