1 İyun Beynəlxalq Uşaq günü ərəfəsində AzadlıqRadiosunun əməkdaşları çalışdıqları ölkələrdə uşaqlardan fotolar çəkməyi xahiş edib. Uşaqlar bəzi hallarda valideynləri, dostlarının köməyi ilə öz oyuncaqlarını, hobbilərini çəkiblər.
Dünya uşaqların gözü ilə
1
Tacikistan, Düşənbə. 5 yaşlı Rahimjon Akbarov bu fotoları çəkib: (soldan sağa) dostları, su çiçəyi olan bacısı Nozanin, TV-də göstərilən cizgi filimi və oyuncaqları.
2
Belorus. 9 yaşlı Kamila kəndlərindəki sevimli heyvanları çəkib.
3
Bosniya. 9 yaşlı Demijan Catic iti Bepo-nu, eynəyini, Parisdə gördüyü küçədə rəssamın fotosunu çəkib.
4
Moldova. 5 yaşlı Cosmin özünün, 2 yaşlı qardaşının fotolarını çəkib. O həmçinin öz otağının pəncərəsindən gördüyü mənzərəni çəkib göndərib.