İraqın Nəcəf şəhərindəki 1400 ildən artıq yaşı olan "Vadi-üs-Salam" (Sülh Vadisi) məzarlığı Abbas Atilayın fotolarında
Dünyanın ən böyük məzarlığından fotoreportaj (Vadi-üs-Salam)
1
Dünyanın ən böyük məzarlığı hesab olunan "Vadi əl Salam" (Sülh Vadisi) təqribən 1500 hektarlıq əraziyə yayılıb.
2
Bu həm də dünyanın ən qədim məzarlıqlarından biridir. Məzarlıqda 613-cü ildən bəri vəfat etmiş insanlar dəfn olunur. Burada 5 milyondan artıq məzarın olduğu ehtimal edilir.
3
Qədim məzarlıq olsa belə, bu gün də Nəcəf və şəhər ətrafındakı yaşayış məntəqələrində vəfat etmiş insanları məhz burada dəfn edirlər.
4
Yeni məzarlar üçün yer olmadığından dəfnlər üst-üstə həyata keçirilir. Belə deyək ki, məzarlar mərtəbə-mərtəbədir. Yerin səthindən 10 m dərinliyə qədər bir neçə mərtəbə məzar var.