Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:11

V.Quluzadə: "İsrailə səfər prezident seçkilərinə hesablanıb"


Elmar Məmmədyarov Yad Vashem Holokost muzeyində
Elmar Məmmədyarov Yad Vashem Holokost muzeyində

“İsrail Azərbaycanın İran böhranındakı rolunu tərifləyir”.

Associated Press Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfəri və ölkə prezidenti Shimon Pereslə danışıqları haqda məlumatına belə bir başlıq qoyub.

Azadlıq Radiosunun suallarına keçmiş Dövlət Müşaviri Vəfa Quluzadə cavab verir.

Azadlıq Radiosu: İsrailin Azərbaycanın İran böhranındakı rolunu tərifləməsinə Azərbaycan sevinməlidir yoxsa narahat olmalıdır?

Vəfa Quluzadə
Vəfa Quluzadə

Vəfa Quluzadə: Mən hesab edirəm ki, İsrailə olan bu səfər Azərbaycanda bu ilki prezident seçkilərinə hesablanıb. Azərbaycan İsrailin dəstəyinə nail olmaq istəyir. Hər tərəfli dəstəyinə.

Ancaq eyni zamanda, bu səfər nəticəsində Azərbaycan öz qonşuları ilə əlaqələrinin korlanmasını arzu etmir. Ona görə Shimon Peresin belə bəyanatlar verməsi bizi narahat edir. Çünki belə bəynatlardan sonra mən narahatam ki, İran Azərbaycana qarşı tədbirlər də görə bilər və bunun Azərbaycan üçün ağır nəticələri ola bilər.

Mən ümumiyyətlə hesab edirəm ki, İsraillə yaxınlaşmanı hələ 1990-cı illərdən aparmaq lazım idi. Mən onda bu təklifləri verirdim. O vaxt vəziyyət indiki kimi gərgin deyildi. İndi isə gərgindir. İran aqressivləşib. Azərbaycn İranla əlaqələrinə fikir verməlidir.

Mən hesab edirəm ki, heç bir dövlət öz prinsiplərindən imtina etməməlidir. Azərbaycnın prinsipi nədir? Qonşularla yaxşı münasibətlər! Qonşularla dostluq!

İndi biz İsrailin xatirinə İranla əlaqələri korlamağa gediriksə, bu, təhlükəli addımdır. Çünki Azərbaycan İranla həmsərhəddir. Azərbaycanın İrandan asılılıqları var. Məsələn, Naxçıvana İran ərazisi ilə gedilir. İranın Azərbaycana xeyli təzyiq vasitələri var. İsrail bizi bunlardan qoruya biləcəkmi? Budur əsas məsələ.

Azadlıq Radiosu: Məlumatlarda deyilir ki, İsrail Azərbaycanın İran böhranındakı mövqeyini alqışlayır. Bu mövqe nədən ibarətdir?

Vəfa Quluzadə: Mən hesab edirəm ki, Məmmədyarovun konfidensal danışıqlarını İsrail rəhbərliyi mediaya ötürməməli idi. Məmmədyarov özü İran əleyhinə heç bir bəyanat verməyib.

İsrail rəhbərliyi bəyanat verəndə, sözsüz ki, Məmmədyarovla danışıqlara əsaslanır. Ancaq İsrail rəhbərliyi İran əleyhinə nəyi səsləndirirsə, öz adından səsləndirsin, bizim adımızdan səsləndirməsin.

Azadlıq Radiosu: Məmmədyarov deyib ki, İsraillə Azərbaycanın münasibətlərini genişləndirməkdə böyük imkanlar var. Nədir bu böyük imkanlar?

Vəfa Quluzadə: Mən hesab etmirəm ki, bizim İsraillə əlaqələrimizin genişlənməsində böyük imkanlar var.

Çünki mən Dövlət müşaviri işlədiyim müddətdə bütün bu imkanlar açılmışdı. Azərbaycan investisiyalara açıq idi. İsrail Azərbaycan böyük investisiya qoymadı. Hardadır bu imkanlar? – mən bilmirəm.

İsrail Azərbaycandan nəyi ala bilər? Neftdən və qazdan başqa?! Mən onu bilmirəm.



Arye Gut
Arye Gut
Elmar Məmmədyarovun səfərini izləmiş İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, politoloq Arye Gut bu səfəri tarixi səfər hesab edir. O Azərbaycan yəhudilərinin səfərdən gözləntilərindən danışıb.
- İsraildə Azərbaycan səfirliyi yoxdur. Amma buna baxmayaraq iki ölkə arasında iqtisadi, hərbi, həm də siyasi baxımdan çox yaxşı əlaqələr var. İsrail Azərbaycanı elə bir ölkə hesab edir ki, bu ölkədə heç bir zaman antisemitizm olmayıb. Bunu Elmar Məmmədyarovla görüşən Şimon Peres də söyləyib. Görüş zamanı İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Avigdor Liberman da bildirib ki, İsraildə olan Azərbaycan diasporası iki ölkə arasında böyük bir körpüdür. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkədir.
XS
SM
MD
LG