Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 18:35

İsrail Azərbaycanın İran böhranındakı mövqeyini alqışlayır


Shimon Peres və Elmar Məmmədyarov
Shimon Peres və Elmar Məmmədyarov
-

İsrail prezidenti Azərbaycanın Yaxın Şərqdə İranın təsirini önləməkdə oynadığı rolu alqışlayıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda İsraildə səfərdədir. Xəbəri Associated Press agentliyi yayıb.

Səfər İsraillə İran arasında gərginliyin artdığı bir vaxtda baş verir. İsrail Tehranın nüvə silahı hazırlamaq istədiyini deyir və diplomatiya və sanksiyaların tükənəcəyi halda hərbi gücdən yararlanacağı ilə hədələyir.

Bazar ertəsi İsrail Prezidenti Shimon Peres Məmmədyarova deyib ki, İsrail Azərbaycanı mühüm tərəfdaşı sayır. O, Azərbaycanın «nadir coğrafi mövqeyi»ni misal çəkib, müharibə və terrorçuluqla bağlı aydın mövqe tutduğuna görə alqışlayıb.

Məmmədyarov deyib ki, Rusiya ilə İranın qonşuluğunda olmaq asan deyil və o, İsraillə münasibətləri genişləndirmək üçün «böyük imkanlar» olduğunu düşünür.

Ancaq rəsmilərdən heç biri Azərbaycanın İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatda oynaya biləcəyi rol barədə nə isə deməyib.

ABŞ-ın müdafiə naziri Chuck Hagel də hazırda İsraildə səfərdədir və İrandakı durumu müzakirə edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG