-
Aprelin 17-də AzadlıqRadiosuna müsahibəsində Dağlıq Qarabağın azərbaycanlı icmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov belə deyib:
«Onların bu torpaqlarda yaşamaq fikri varsa, onların atacağı ən konstruktiv addım Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşlər ola bilər. Bu məsələ ilə bağlı gələcəyə yönəlik hər hansı məsələ Dağlıq Qarabağın azərbaycanlı icması ilə birgə müzakirəyə çıxarılmalıdır. Müzakirələrə imkan yaratmaq üçün işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardan məcburi çıxarılan azərbaycanlılar öz doğma yurd-yuvalarına qayıtmalıdırlar. Bu, ən zəruri faktordur və tələb yerinə yetirilmədən hər hansı konstruktiv danışıqdan, mövqedən söhbət gedə bilməz. Ermənistan hökumətini bir daha bu danışıqların, dialoqun qarşısını almamağa, müdaxilədən çəkinməyə çağırırıq».
Status-kvonun saxlanmasından ən çox erməni xalqının əziyyət çəkdiyini deyən Orxan Əkbərova görə, erməni xalqı öz hökumətinin tutduğu ikili mövqeyə etirazını bildirməlidir.
«YAXŞI OLAR Kİ, BEYNƏLXALQ HÜQUQU BİR AZ DƏRİNDƏN OXUSUN»
Orxan Əkbərov tanınmamış Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri Karen Mirzoyan-ın bu günlərdə AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsinə də münasibətini açıqlayıb. O, Xocalı aeroportunun işə salınacağı, Qarabağ məsələsinin artıq çözüldüyü və gələcəkdə «Dağlıq Qarabağ Respublikası»nın Azərbaycanla yan-yana yaşaması barədə səslənən fikirləri cəfəngiyat sayır:
«Xocalı aeroportu barədə Azərbaycan həmişə öz rəsmi mövqeyini bildirib. Bu mövqe beynəlxalq normalarla üst-üstə düşür – qanunsuz uçuşlara çıxan hava gəmiləri məcburən endirilə bilər. Erməni tərəfinin söylədikləri status-kvonun saxlanmasında onların maraqlı olduğunu, Ermənistanın beynəlxalq normaları saymadığını göstərir. Karen Mirzoyan Ermənistandan aldığı tapşırığı oxumazdan əvvəl yaxşı olar ki, beynəlxalq hüququ bir az dərindən oxusun. O, məsələnin həll olunduğunu da deyir. Birincisi, bu siyasi baxımdan yanlış deyimdir, ikincisi, beynəlxalq normaların hamısına ziddir. Azərbaycanın bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunmayıbsa, hansı həlli bitmiş məsələdən söhbət gedə bilər?».
Orxan Əkbərovun fikrincə, Karen Mirzoyan-ın daha bir səhvə yol verib:
«O, məsləhət verir ki, Azərbaycan Dağlıq Qarabağla yan-yana yaşamaq haqqında düşünməlidir. Burda yan-yana yaşamaqdan deyil, birgə yaşamaqdan söhbət gedə bilər».
Dağlıq Qarabağın azərbaycanlı icmasının Əlaqələndirmə Şurasının sədrinə görə, bu fikir bir daha konfliktə destruktiv yanaşmadan xəbər verir.
«Biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq qarşılıqlı inamı, birgə yaşam prinsiplərini müzakirə etmək üçün Dağlıq Qarabağın erməni icmasını bərabərhüquqlu danışıqlara çağırırıq».