Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 00:09

Bayram Səfərov: «Ermənistan başqalarının əlində alətdir»


Bayram Səfərov
Bayram Səfərov
-

«Dünya dövlətləri, dünyada söz sahibi olan ölkələr Ermənistana qarşı çox yumşaq davranırlar», bunu «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov yap.org.az saytına müsahibəsində deyib.

Xocalı faciəsinin 21-ci ildönümünə toxunan icma rəsmisi bildirib ki, beynəlxalq birliyin Ermənistana qarşı sərt addım atmaması dünyada ikili standartların mövcudluğunu göstərir:

«Artıq belə bir mənzərə yaranıb ki, dünyadakı problemlərin həllində beynəlxalq hüquq normaları, qəbul olunmuş sənədlər heç bir rol oynamır. Həmin problemlərə böyük güclər öz maraqları çərçivəsindən yanaşırlar. Əgər mövcud problemlər, o cümlədən münaqişələr həmin güclərə sərf edirsə, məsələnin həllinə maraq göstərmirlər. Yox, bu problemlər onların maraqlarına toxunursa, dərhal fəaliyyətə keçirlər».

B. Səfərov hesab edir ki, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqe tutmasında böyük dövlətlərin, beynəlxalq təşkilatların xüsusi rolu var:

«Bəzi dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri Dağlıq Qarabağ münaqişənin həllinin çətin və mürəkkəb olduğunu iddia edirlər. Amma əslində, heç də belə deyil. Münaqişənin həllinin çox sadə formulu var: Azərbaycan torpaqları işğaldan azad edilməli, dinc insanlar öz torpaqlarına qayıtmalı və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birgə yaşayışı təmin olunmalıdır. Əgər böyük dövlətlər, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri torpaqlarımızı işğaldan azad etmək üçün Ermənistana hətta kiçicik təpki göstərsə, Sarkisyan hakimiyyəti bunu etməyə məcbur olacaq. Çünki Ermənistan dövləti başqalarından asılıdır, onların əlində alətdir».
XS
SM
MD
LG