Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:15

Həm Azərbaycanda, həm də Ermənistanda çəkilmiş film: "Sərhədsiz xatirələr"


A still from the film "Memories Without Borders"
A still from the film "Memories Without Borders"
-
Avropa Birliyi və Londondakı Conciliation Resources təşkilatının yardımıyla çəkilən “Sərhədsiz Xatirələr” filmi 50 dəqiqəlikdir.

Türkiyə, Azərbaycan və Ermənistanda çəkilib. Türklərin, azərbaycanlıların və ermənilərin ortaq tarixlərindən, münaqişəsindən və keçmişlərindən bəhs edir. Ancaq tarixçilərin diliylə yox, bölgə sakinlərinin dili ilə.

Filmin azərbaycanlı qəhrəmanlarından biri Elmira Ismayilova Yerevandan qaçqın düşüb. Amma deyir ki, o şəhərdə əcdadlarının böyüməsinə, ailə qurmasına, oğul-uşaq böyütməsinə və aktyorluq sənətinə yiyələnməsinə baxmayaraq hər zaman özünü özgə kimi hiss edib.

"Bir gün oğlum həyətdə uşaqlarla oynayırdı. Erməni uşaqlarıyla. Birdən ağlaya-ağlaya evə qaçdı. Soruşanda “Niyə ağlayırsan?”, cavab verdi ki, “ Bəs mənə Türk dedilər”. Mən ona anlatdım ki, ağlamaq lazım deyildi. Əksinə, Türk olmağınla fəxr eləməlisən. Əlindən tutub, yenə aşağı düşdük. Erməni qonşularımız sözsüz ki, narahat olmalı bir şey olmadığını, “uşaqdırlar da, nə dediklərini bilmirlər” dedilər. Amma onlara dedim ki, “uşaqlar bu sözü evdə eşitməsələr, küçədə də danışmazlar”.

Elmira İsmayılova indi Azərbaycandakı İrəvan Dövlət Dram Teatrının veteran aktrisasıdır. Ancaq bu sənədli filmdə onun kimi, çoxlu qəhrəmanar var. (ardı aşağıda)



Məslən, biri Türkiyədə yaşayan bir gəncdir. Ermənilərlə bağlı dədə-babalarının xatirələrindən danışır. Bir başqa qəhrəman isə Ermənistanın cənubundakı Gorusda yaşayır, gəncliyində sərhədçi olduğu vaxt bir anlıq nifrətlə silahını Türk sərhədçisinə yönəltməsindən danışır. Fransada böyüyən Armen adlı qəhrəman isə dədə-babasının Bursadan qovulmasından, indi isə Dağlıq-Qarabağa gəlib yaşamasından danışır.

“Niyə Bursaya dönməliyəm ki? Mənim babamın burda itirdiklərini görmək üçünmü? Mənim babam burdan qırğın vaxtı qaçıb. Mən də başqa ölkəyə getmişəm. İtrdiyin şeyləri bərpa etmək olmasa da, yenisini yaratmaq olar”.

Filmdə Dağlıq Qarabağ münaqişəsindən, Ermənilərin Osmanlı dövründəki soyqırım iddialarından, müharibələrdə ölənlərdən və didərgin düşənlərdən danışılır.

Filmin təşəbbüskarından Laurence Broers deyir ki, 2009-cu ildə Türkiyə Prezidenti Abdullah Gülün Yerevanda futbol oyununu izləməyə gəlməyindən sonra onlar da dialoqa bir töhvə vermək istəyiblər.

"Türkiyə-Ermənistan yaxınlaşması və bunun Dağlıq-Qarabağ münaqişəsində müəyyən rolunun ortaya çxıdığı dövr idi. Biz də film vasitəsilə peşəkar bir dialoq qurmaq istədik. Türk-Erməni-Azərbaycan münaqişəsinin adi insanların gündəlik həyatlarına vurduğu zərbələri göstərmək istədik. Biz kimisə aqressiv şəkildə ittiham etməkdən çəkinməyə çalışdıq. Çünki bu bölgədə yetərincə qarşılıqlı nifrət olub".

“Sərhədsiz xatirələr” filmində qəhrəmanların hamısı əslində başına gələnlərdən qəzəblə danışır. Amma kimisə ittiham etmir.

Ötən ay filmi artıq London, Paris, Brüsseldə göstəriblər, ABŞ və Kanada festivallarda nümayiş edilib. Ancaq cənubi Qafqazda səssizcə təqdim olunub. Filmin Ermənistandakı prodyuseerlərindən Nouneh Sargsyan deyir ki, o bu filmin Ermənistanda sakitcə izlənəcəyinə və müsbət müzakirə doğuracağına inanır. Azərbaycan tərəfindən produseri İlham Səfərovun sözlərinə görəsə, bu cəmiyyətlərdə bir-birinə münasibətlər negativ olsa da, adi insanlar səviyyəsində şəxsi münasibətlərin yaranmasıyla dialoqa başlamaq olar.

Conciliation Resources təşkilatından Broers əlavə edir ki, sözsüz ki, futboldakı kimi, hər kəs öz komandasının udmasını istəyir, amma ən azından Qarabağ münaqişəsi ətrafında daha yaxşı dialoq üçün belə yollara ehtiyac var.
XS
SM
MD
LG