-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!
Şərq Qapısı 29 mart 2013
GENEFONDUMUZUN ZƏDƏLƏNMƏSİ KİMƏ VƏ NİYƏ LAZIMDIR?
Sadəcə, bircə faktı qeyd etmək kifayətdir ki, hələ Sovet hakimiyyəti illərində erməni alimlərinin də sıralarına daxil olduğu gizli araşdırma qrupları və bir sıra xarici ölkələrin gen mərkəzləri tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, Naxçıvan ərazisində genefonddakı immunitet gücü slavyan xalqlarının genefondundakı immunitetdən 5,5 dəfə güclüdür. Deməli, genefondumuzun bu və ya digər vasitələrlə zədələnməsi bütün hallarda, sadəcə və sadəcə, düşmənlərimizə sərf edir. Heç kəsin imtina etmədiyi və təhlükə gözləmədiyi parlaq və saf görünüşə malik genetik modifikasiya olunmuş ərzaqlarla gələcək nəsillərin genefondundakı gen kodlarını zədələmək isə, bəlkə də, seçilə biləcək ən ideal yoldur.
Hazırda qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biri olan geni dəyişdirilmiş qida məhsulları ilk baxışda ərzaq bolluğuna gətirib çıxarsa da, əslində, insanların genetikasına və sağlamlığına ciddi şəkildə təsir göstərir. Belə ki, sözügedən məhsullar yetişdirilərkən onlarda müxtəlif heyvanların, orqanizmlərin genlərindən istifadə edilir. Təhlükənin miqyasını anlamaq üçün genetik modifikasiyanın “atası” sayılan Pol Devin fikirlərini xatırlamaq kifayətdir. 1972-ci ildə bir mikroorqanizmə 3 müxtəlif mənbədən genlər köçürərək yeni kombinat mikroorqanizm əldə edən alim sonralar etiraf etmişdi ki, belə orqanizmlər yoxlanılmadan, nəzarət altından çıxıb ətraf mühitə buraxılsa, onun yaratdığı təhlükələrin qarşısı alınmaz olar.
İndiyə qədər genetik modifikasiya olunmuş qida məhsullarının tam mükəmməl olmadığı və xüsusi təhlükə kəsb etdiyini Rusiya, İndoneziya, Argentina, Avstraliyada aparılan təcrübələr açıq-aydın göstərib. Statistik məlumatlara əsaslansaq, bu gün dünyada 120-dən artıq müxtəlif kənd təsərrüfatı bitkilərinin genetik modifikasiya olunmuş analoqları yaradılıb.
HEYDƏR ƏLİYEV MUZEYİNDƏ AÇIQ DƏRSLƏRİN KEÇİLMƏSİ DAVAM ETDİRİLİR
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçilən açıq dərsdə Babək rayonunun Məmmədrzadizə və Qaraqala kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Açıq dərsdə Məmmədrzadizə kənd tam orta məktəbinin tarix müəllimi Zakir Orucov ulu öndərimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan danışıb.
…Qeyd edilib ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin yaşadılmasına çalışıb. Eyni zamanda ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərlər, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Dahi rəhbər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərkən demişdir: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.