Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 10:53

Naxçıvan daha bir ilkə imza atır...


Naxçıvan
Naxçıvan
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq Qapısı». 19 sentyabr 2012. sayı: 177 (20.582)


PAYIZ – QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQLA ƏLAQƏDAR KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-2013-cü ilin payız – qış mövsümünə hazırlıqla əlaqədar kollegiya iclası keçirilmişdir. İclası rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov açaraq payız – qış mövsümünə hazırlıq işlərinin gedişi, həyata keçiriləcək tədbirlər barədə danışmışdır.

Qeyd etmişdir ki, əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin keyfiyyətinin təmininin yüksəldilməsi məqsədilə nazirlikdə tədbirlər planı hazırlanmışdır. Qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrinin əldə edilməsi, bütün il boyu nəzarətdə olmasına baxmayaraq, qış mövsümündə elektrik kəsintiləri, normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar tətbiq edilmişdir.

...Sonda sahələr üzrə 2012-2013-cü ilin payız – qış mövsümünə hazırlıqla əlaqədar görülmüş və görüləcək işlər barədə məlumat verilmişdir.

AZƏRBAYCAN ALİ TƏHSİL MƏKANINDA YENİLİK

Naxçıvan Dövlət Universitetinin Sosial xidmət mərkəzində videotaksofon quraşdırılaraq tələbələrin ixtiyarına verilib. Bununla əlaqədar universitetdə təqdimat keçirilib.

Universitetin İnformasiya – kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev bildirib ki, bu ən müasir videotaksofon vasitəsilə şəhərlərarası və beynəlxalq danışıqlar həyata keçirmək, internet imkanlarından istifadə etmək, dünyanın istənilən nöqtəsi ilə videobağlantı yaratmaq, qarşılıqlı görüntülü danışıq aparmaq mümkündür. Xidmətlər ödənişlidir.

Naxçıvan Dövlət Universitetinin informasiya – kommunikasiya texnologiyaları sahəsində Azərbaycan ali təhsil məkanında ilkə imza atdığını qeyd edən rektor, akademik İsa Həbibbəyli bu hadisəni universitetdə informasiya texnologiyaları imkanlarının genişlənməsinə göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirib.

Sonra tələbələr videotaksofondan istifadə imkanlarını sınaqdan keçiriblər.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Konsert proqramı
- Dərəkənddə yeni xidmət mərkəzi istifadəyə verilmişdir
- Milli Musiqi Günü qeyd edilib
XS
SM
MD
LG