-
...Bizim milyonlarla pul xərclənərək təmir edilən, bahalı kürsülər, pərdələr, çilçıraqlar, avadanlıqla təchiz olunmuş, amma səhnələri pafosla, süniliklə, gic-gic, yalançı vətənpərvərlik havalı tamaşalar təqdim eləyən teatrları xatırlamamaq mümkün olmadı...
Günel Mövlud
KASIBLARIN TAMAŞASI
Bu günlərdə Bakıdan gələn dostlarla birlikdə Tiflisdəki Pantomim Teatrına getdik.
İki qadının güclə sığışıb oturduğu kassadan bilet aldıq.
Pantomim janrının banisi sayılan Marsel Marsonun teatrın fasadına bərkidilmiş nəhəng şəklinin altından keçib, foyeyə girdik.
Pantomim Teatrının binası mərkəzdə yerləşir. Olduqca balaca, soyuq, təmirsiz binadır.
Kostyum ustaları öz dəm-dəsgahlarını elə foyenin künc bucağında qurub, tamaşalar üçün paltarlar hazırlayırlar.
Asılqan, inzibatçı otağı, kostyum otağı – hamısı darısqal bir foyedə yerləşir.
Asılqan demişkən, paltolarımızı bizdən almadılar ki, zalda soyuqdan otura bilməyəcəksiniz. Yaxşısı budur, paltolu oturun.
Zalda cəmi 20-25 nəfər üçün oturacaqlar qoyulmuşdu. Zal da, səhnə də olduqca balaca, yığcam idi. Tamaşa başlamazdan əvvəl nimdaş geyimli rejissor səhnəyə çıxıb, tamaşanın tarixi, nümayiş olunduğu ölkələr barədə danışdı.
Sonra cəmi 35-40 dəqiqə çəkən tamaşa oynanıldı.
O balaca, darısqal, soyuq və təmirsiz bina tərtəmiz idi.
Aldığımız biletlər keyfiyyətli kağızlardan, yaradıcılıqla hazırlanmışdı.
O kasıb teatr əlli səkkizinci mösüm idi ki, tamaşa göstərirdi. O sadə tamaşa dünyanın onlarla ölkəsinin səhnələrində oynanmışdı.
O nimdaş paltarlı rejissor nitqində teatr dünyasında ən yeni adamların adlarını çəkdi.
O soyuq və iyirmi nəfərlik zalda tamaşa boyu bir nəfərin də telefonunun zəngi eşidilmədi.
Səhnədəki aktyorların az qala hamısının yaşı 30-dan az olardı.
Tamaşa bitəndən sonra qapının yanında dayanmış rejissor və teatr rəhbərliyi az qala bütün tamaşaçıların əllərini sıxdılar.
Bizim milyonlarla pul xərclənərək təmir edilən, bahalı kürsülər, pərdələr, çilçıraqlar, avadanlıqla təchiz olunmuş, amma səhnələri pafosla, süniliklə, gic-gic, yalançı vətənpərvərlik havalı tamaşalar təqdim eləyən teatrları xatırlamamaq mümkün olmadı.
Yaşı 60-ı keçən aktrisalarımızın 18 yaşlı qızları, yaşı 50-i keçən Nurəddin Mehdixanlının Aydını oynamağını xatırlamaya bilmədim.
Rejissorlarımızın yaradıcı adam kimi deyil, məmur kimi geyinmələri yadıma düşdü.
Yadıma düşdü ki, bizim teatr rəhbərlərinin otaqlarına girib, bir sual vermək üçün gərək otuz doqquz otaq keçəsən, hər otaqda da atın qabağına ot, itin qabağına ət, quşun qabağına dən qoyasan.
Bizim əvvəl-əvvəl, eksperimentlərə, yeniliklərə açıq iki teatrın Kamera və Pantomim Teatrlarının aqibətlərini xatırladım.
Kasıb, pulsuz, binasız vaxtlarında quruluş verdikləri tamaşalarla indi, maddi, texniki problemlərini həll etdikdən sonra vəziyyətlərini, teatrlardakı bütləri, intriqaları xatırladım.
İstər rejissor və rəhbərliklərinin, istər aktyorlarının siyasi susqunluqlarını, ictimai dişsizklərini, ən pis halda isə mövcud rejimə yarınmaqlarını xatırladım.
Və gürcülərin Pantomim teatrını təmirli, abad, təmtəraqlı görmək istəmədim.
O nimdaş paltarlı rejissorun bir gün Bəhram Osmanov kimi geyinib, İvanişviliyə mədhiyyə oxumağını görmək bir yaradıcı adam kimi mənə çox pis təsir edərdi.

Küçələrin səhnəsində
Pantommli teatr
Bura bizim Brodveyimiz
Bura bizim Monmartr